Mərakeş səfiri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olub

Xəbərin çap versiyası
Tarix: 13-02-2018, 18:04    |    Xəbər oxunub: 736 dəfə
Mərakeş səfiri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olub


Mərakeş Krallığının Azərbaycandakı səfiri Muhammed Adil Embarş və səfirliyin əməkdaşları “Azərsu” ASC-nin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfər ediblər.

ASC-dən AFN-ə verilən məlumata görə, əvvəlcə qonaqlar kompleksin Mərkəzi idarəetmə sistemi - SCADA otağında qurğunun idarəolunma proseslərini izləyiblər. Komplekslə tanışlıq çərçivəsində qonaqlara məlumat verilib ki, 2011-2015-ci illərdə tikilmiş qurğunun məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetrdir. Kompleks Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilən hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunan suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir. Ənənəvi təmizləmə qurğularından fərqli olaraq bu kompleksdə su ultrasüzgəc texnologiyasına uyğun ən yüksək səviyyədə, heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə mexaniki üsulla təmizlənir. Burada emal olunan su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir. Qeyd olunub ki, kompleks 2016-cı ildə Abu-Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində dünyanın ən önəmli su layihələrindən biri seçilib.

Mərakeş Krallığının Azərbaycandakı səfiri ilə keçirilən görüşdə “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov son illər Prezident İlham Əliyevin su sektoruna göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Azərbaycanda əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələr beynəlxalq təşkilatlar tərəfindən maraqla qarşılanır.

Mərakeş Krallığının Azərbaycandakı səfiri Muhammed Adil Embarş təmsil etdiyi ölkənin su sektorunda Azərbaycan Respublikası ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanışlığın böyük təəssürat yaratdığını qeyd edən səfir burada yaradılmış infrastrukturun imkanlarını yüksək qiymətləndirib.

Komplekslə tanışlıqdan sonra qonaqlar Dünya Su Şurası İdarə Heyətinin üzvlərinin 2017-ci ilin martında keçirilmiş I Bakı Beynəlxalq Su Həftəsinə xatirə olaraq saldıqları yaşıllıq sahəsi ilə tanış olublar. Səfir Muhammed Adil Embarş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin xatirə kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, “Su, Həyat və Ətraf mühit” mövzusunda I Dünya Su Forumu 1997-ci ildə Mərakeşdə keçirilib. Mərakeş Ərəb Su Şurası və Ərəb Su Forumlarında fəal iştirak edir. Dünya Su Şurası və Mərakeş Hökuməti suyun davamlı idarə olunması sahəsində verdiyi töhfələrə görə Mərakeş kralının adına mükafat təsis edib. II Kral Həsən mükafatına “Azərsu” ASC tərəfindən də 3 layihə təqdim olunub. Mükafatın qalibi 18 mart 2018-ci il tarixdə Braziliyada təşkil olunacaq 8-ci Dünya Su Forumu ərəfəsində açıqlanacaq.

Mərakeş səfiri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olub





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rusiya Türkiyə aviaşirkətini 5,5 mln. rubl cərimə edib

Rusiya Türkiyə aviaşirkətini 5,5 mln. rubl cərimə edib

20 Yanvar faciəsindən 29 il ötür

20 Yanvar faciəsindən 29 il ötür

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

Azərbaycanda təcavüz qalmaqalı:

Azərbaycanda təcavüz qalmaqalı: Hakimdən bəraət, prokuror şikayətçidir-Təfərrüat

Dövlət Komitəsində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib-

Dövlət Komitəsində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib- FOTOLAR

Bakıda narkotik satan mütəşəkkil şəbəkə ifşa edilib-

Bakıda narkotik satan mütəşəkkil şəbəkə ifşa edilib- FOTOLAR

Bakıda müxalifətin mitinqi başlayıb

Bakıda müxalifətin mitinqi başlayıb

Ümumxalq hüzn günü münasibəti ilə qanvermə aksiyası keçirilib-

Ümumxalq hüzn günü münasibəti ilə qanvermə aksiyası keçirilib- FOTOLAR

İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb-

İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb- FOTOLAR

Daxili İşlər Nazirliyinin bəzi funksiyaları əlindən alınıb?-

Daxili İşlər Nazirliyinin bəzi funksiyaları əlindən alınıb?- Açıqlama

Məcburi köçkün uşaqları üçün Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə seçimlər başa çatıb

Məcburi köçkün uşaqları üçün Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə seçimlər başa çatıb

ASCO 20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlayıb-

ASCO 20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlayıb- VİDEO

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur