Erməni əsgər hərbçi yoldaşını güllələdi


Erməni əsgər hərbçi yoldaşını güllələdi


Dünən Ermənistanın Berd rayonu ərazisində yerləşən hərbi hissələrdən birində erməni əsgəri yaralanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Berd rayon hərbi hospitalında aparılan cərrahiyə əməliyyatı nəticəsində onun sağ ağciyərin yarısı götürülüb.

Məlumata görə, erməni hərbi qulluqçu 22 fevral tarixində İrəvan mərkəzi hərbi hospitalına təxliyyə edilib. O, Qafan şəhər sakinidir.

İlkin məlumata görə, o, əsgər yoldaşı ilə zarafat zamanı avtomatdan açılan atəş nəticəsində yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu