Rəşad Mahmudov 8 martda övladıma sağlam ürək bəxş etdi


Rəşad Mahmudov 8 martda övladıma sağlam ürək bəxş etdi


2 aylıq körpə üzərində uğurlu əməliyyat icra olunub.



Bakı Ürək Mərkəzində ürək-damar cərrahı, t.ü.e.d. Dr. Rəşad MAHMUDOVun rəhbərliyi altında ürək-damar cərrahı Natiq Mirzəyev çəkisi 2,5 kq olan körpədə uğurlu əməliyyat icra olunub.

Xəstə 7 aylıq doğulub və 2 ay ərzində təkrarlanan pnevmoniyaya görə xəstəxanada müalicə alıb. Bakı Ürək Mərkəzinə müalicə ilə keçməyən ciddi təngnəfəslik, ürək çatışmazlığı ilə müraciət edilib. Təcili əməliyyata götürülüb. Hazırda xəstənin ümumi vəziyyəti stabildir.

Bu da Rəşad MAHMUDOVun 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə körpənin anası Mirxədicə Nurulayeva ən böyük hədiyyəsi oldu.

Mirxədicə Nurullayeva bildirib ki, mən bir qadın kimi bu gün çox xoşbəxtəm, övladımın ürəyi sağlamdır. Keçirdiyim hisləri sözlə ifadə edə bilmirəm. 8 mart Beynəlxalq Qadınlar günündə mənə böyük hədiyyə oldu, Doktor Rəşad MAHMUDOV başda olmaqla bütün tibb personalına təşəkkür edirəm. Adəmin xəstəliyi aşkar olunanda, çox böyük həyacan keçirmişdim, amma inamsızlığa qapılmadım çünki bilirdim ki, ölkə başçısımız İlham Əliyevin səyi nəticəsində bütün sahələrdə olduğu kimi səhiyyəmizə böyük diqqəti nəticəsində, yaradılan şərait və xəstəxanalarımızın müasir tibbi avadanlıqlarla təchiz olunması bütün xəstəlikləri vaxtında aşkar edib sağalmasına imkan verir. Birinci xanım Mehriban Əliyevanın xüsusi ilə uşaqlara olan qayğısı nəticəsində belə əməliyyatlar ölkəmizdə keçirilir, və ürək xəstəliyi ilə doğulan uşaqlar Rəşad MAHMUDOV və onun komandasının əməyi nəticəsində xəstəlikləri ilə vidalaşırlar. Mən ana olaraq övladımı dünyaya gətirdim amma Rəşad MAHMUDOV Adəmə sağlam ürək bəxş etdi. Mən Vətənimiz üçün iğid bir əsgər tərbiyyə edəcəm.

Hər kəsə sağlam ürək sahibi olmağa arzulayıram. Adəmin atası Nurullayev Nahidlə telefonla danışarkən bildirdi ki, artıq Adəm palataya keçirilir. Rəşad MAHMUDOV təşəkkür edirəm. Bizim ailəyə ən xoş gün bəxş etdi. Övladım artıq sağlamdır.

Millət vəkili Rəşad Mahmudovun komandasından ANAYA 8 Mart hədiyyəsi - Körpə həyata qaytarıldı

Qeyd edək ki, son iki həftə ərzində Bakı Ürək Mərkəzində 4 kq-dan az olan yenidoğulmuş azçəkili üç körpə üzərində uğurlu ürək əməliyyatları tətbiq olunub.

Ürək qüsurlu yenidoğulmuşların sağlamlığının qorunması istiqamətində dövlətimiz tərəfindən əsaslı tədbirlərin həyata keçirildiyini vurğulayan millət vəkili Rəşad MAHMUDOV artıq azçəkili körpələr üzərində də belə mürəkkəb ürək əməliyyatlarının aparılmasını ölkə səhiyyəsinin uğuru hesab etdiyini bildirib.

Rəşad Mahmudov 8 martda övladıma sağlam ürək bəxş etdi

Rəşad Mahmudov 8 martda övladıma sağlam ürək bəxş etdi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu