ADU-da “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabın növbəti təqdimatı keçirilib

Xəbərin çap versiyası
Tarix: 14-03-2018, 11:59    |    Xəbər oxunub: 686 dəfə
ADU-da “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabın növbəti təqdimatı keçirilib


Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabın silsilə təqdimatları keçirilir. Növbəti belə tədbir martın 13-də ADU Multikulturalizm Elmi - Tədqiqat Laboratoriyasında (ETL) təşkil olunub.



Açılış nitqi ilə çıxış edən ADU-nun Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin dekanı İbrahim Kazımbəyli dövlətimizin multikulturalizm siyasətinin vacibiyindən və universitetdə bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov “Cənab Prezident İlham Əliyev və multikulturalizm siyasəti: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında: seçilmiş fikirlər” kitabının (Azərbaycan, rus və ingilis dillərində) əsasında” mövzusunda məruzə ilə çıxış edib. O, multikulturalizm, islam həmrəyliyi və tolerantlıq mövzuları haqqında məlumat verib, kitabın alimlər və tələbələr üçün mükəmməl vəsait olduğunu bildirib. ADU Multikulturalizm ETL-nın elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəşad İlyasov “Müasir Azərbaycanda multikulturalizm, dini və etnik icmalar” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanda mövcud olan dini və etnik icmalara tarixi baxış, onlara müsair dövrdə dövlətimizin qayğısından bəhs edib. ADU Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin dekan müavini Əli Məmmədov isə “Multikulturalizm Azərbaycan milli siyasətinin ideoloji əsası kimi” mövzusunda mühazirə oxuyub, ölkəmizdə yaşayan çoxsaylı etnik qrupların ölkəmizin multikultural üstünlüyü olduğunu qeyd edib. ADU Xarici dillərin metodikası kafedrasının müəllimi Könül Fərəcbəyli “İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana işgüzar səfəri zamanı cənab İlham Əliyevin çıxışından” mövzusunda mühazirə deyib, yəhudi və Azərbaycan xalqlarının qardaşlığından, dostluğundan söhbət açıb. ADU Multikulturalizm ETL-nın müdiri, dosent İrina Kunina çoxmədəniyyətliliyin, multikultural mühitin Azərbaycanın zənginliyi olduğunu bildirib. Sonda tələbələr də mövzu ilə bağlı fikirlərini bölüşüblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Sərxoş halda dava saldığı deyilən deputat danışdı

Sərxoş halda dava saldığı deyilən deputat danışdı

Heydər Əliyev Fondu internat uşaqları üçün əyləncə təşkil etdi-

Heydər Əliyev Fondu internat uşaqları üçün əyləncə təşkil etdi- FOTOLAR

ETSN-nin “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına jurnalistlər də qoşuldu

ETSN-nin “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına jurnalistlər də qoşuldu

İstanbulda Gənc Azərbaycanlılar Dərnəyi fəaliyyətə başlayıb

İstanbulda Gənc Azərbaycanlılar Dərnəyi fəaliyyətə başlayıb

Deputatın qarışdığı davanın

Deputatın qarışdığı davanın ŞOK TƏFƏRRÜATI: Kamran Nəbizadə Eynulla Fətullayevlə bu sözə görə dalaşıb

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 11 nəfərin məhkəməsi başlayır

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 11 nəfərin məhkəməsi başlayır

Elçin Quliyevin hesabat müşavirəsi qalmaqal yaratdı-

Elçin Quliyevin hesabat müşavirəsi qalmaqal yaratdı- Müdafiə Nazirliyindən açıqlama

"Talassemiyasız həyat naminə" proqramı çərçivəsində BNA-da qanvermə aksiyası keçirilib

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ istifadəyə verildi

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ istifadəyə verildi

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq

AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq

UEFA “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı iş açdı

UEFA “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı iş açdı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur