Qənirə Paşayeva Slavyan Universitetində 31 Mart soyqırımı ilə bağlı tədbirdə çıxış edib VİDEO


Qənirə Paşayeva Slavyan Universitetində 31 Mart soyqırımı ilə bağlı tədbirdə çıxış edib


Millət vəkili Qənirə Paşayeva Bakı Slavyan Universitetində 31 mart - Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü ilə bağlı tədbirdə və tanınmış araşdırmaçı alim Şəlalə Həsənovanın "İrsimizə atəş açmayın"sənədli filminin təqdimatında çıxış edib və gənclərə çağırış edib.

Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımının 100-cü ildönümündə Bakı Slavyan Universitetində tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva Azərbaycan həqiqətlərinin dünyaya daha geniş yayılmasında gənclərin rolunu və fəallığını daha da artırmaq məqsədilə Bakı Slavyan Universitetinin həyata keçirdiyi bu cür tədbir və müzakirələrin çox önəmli olduğunu bildirib, universitetin rəhbərliyinə və tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib. 31 Mart faciəsi, ermənilərin həyata keçirdiyi bu dəhşətli soyqırım cinayəti ilə bağlı gənclərə geniş məlumatlar verən millət vəkili Q.Paşayeva bu tarixi faktların dünyaya daha geniş yayılmasında, erməni yalanlarına qarşı mübarizədə gəncləri fəal olmağa çağırıb. "Biz hamımız dünyanın harasında yaşamamızdan asılı olmayaraq ölkəmizin könüllü əsgəriyik və olmalıyıq", - deyən Q.Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Millət vəkili gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə səsləyib.
Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz:



Qənirə Paşayeva Slavyan Universitetində 31 Mart soyqırımı ilə bağlı tədbirdə çıxış edib

Qənirə Paşayeva Slavyan Universitetində 31 Mart soyqırımı ilə bağlı tədbirdə çıxış edib

Qənirə Paşayeva Slavyan Universitetində 31 Mart soyqırımı ilə bağlı tədbirdə çıxış edib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu