Rezidenturaya qəbul imtahanı başa çatıb


Rezidenturaya qəbul imtahanı başa çatıb


Bu gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 2 saat 30 dəqiqə davam edib. İmtahanda iştirak etmək üçün 1092 namizəd ərizə təqdim edib.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanı isə respublikanın 18 şəhər və rayonunda keçirilib. İmtahanda iştirak etmək üçün 23579 abituriyent qeydiyyatdan keçib.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarına öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Aprelin 2-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Hər iki imtahanın nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu