Növbəti elektron hərrac baş tutub


Növbəti elektron hərrac baş tutub


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti elektron hərrac keçirilib.

Komitədən AFN-ə verilən məlumata görə, hərraca müxtəlif çeşidli 90 dövlət əmlakı çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 29-u istifadəsiz qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitəsi olub. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aid olub.

Hərracda özəlləşən əmlaklar investorlar üçün potensial gəlir mənbəyidir. Belə müəssisələrdən biri Bakının Binəqədi rayonunda yerləşən 69 saylı avtodayanacaqdır. Torpaq sahəsinin 1000 kv.m-ə yaxın olması obyektin iqtisadi rentabelliyini artıran amillərdəndir. Alıcı investisiya qoymaqla obyektin fəaliyyətini öz sahəsi üzrə, həmçinin digər sahələrdə də istifadə edə bilər.

Bundan başqa özəlləşən Səmədabad kənd klubu da sahibi üçün qazanclı əmlakdır. Goranboy rayonunda yerləşən obyektin ümumi faydalı sahəsi 140 kv.m-ə yaxın, torpaq sahəsi isə 150 kv.m-dən çoxdur. Alıcı sərmayə yatırmaqla həmin obyektin fəaliyyətini genişləndirmək imkanına malikdir. Eyni zamanda əmlakın profilini dəyişməklə digər iqtisadi sahələrdə fəaliyyətini təmin edə bilər.

Hərracda özəlləşən qeyri-yaşayış sahələri Bakıda, Abşeronda və Sumqayıtda yerləşir. Paytaxtın Səbail rayonunda olan, ümumi faydalı sahəsi 100 kv.m təşkil edən qeyri-yaşayış sahəsi ofis üçün olduqca əlverişlidir. Bundan başqa Nərimanov rayonunda yerləşən, ümumi faydalı sahəsi 70 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsi də xidmət sektorunda sahibi üçün gəlir gətirə bilər. Regionlar üzrə özəlləşən qeyri-yaşayış sahələri də investor üçün kifayət qədər yararlıdır. Sumqayıtda olan, ümumi faydalı sahəsi 327 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin fəaliyyəti də xidmət sferasında uğurlu ola bilər

Qeyd edilməlidir ki, elektron mənbə olan “Özəlləşmə portalı” vasitəsilə investorlar hərraclara çıxarılan dövlət əmlakları barədə əvvəlcədən məlumat ala bilirlər. Müvafiq bölmələrə daxil olmaqla həmin əmlakların ünvanı, sahəsi, ilkin start qiyməti, iqtisadi profilləri ilə tanış olurlar. Bununla da sərmayəçilər biznes planlarına uyğun əmlak seçməklə bağlı qərarı öncədən, rahat şəkildə qəbul edə bilirlər.

Hərrac vasitəsilə özəlləşdirməyə çıxarılan dövlət əmlakına investisiya cəlb olunur, onların fəaliyyəti bərpa edilir. Müasir avadanlıqlarla təchiz olunan belə müəssisələr isə sonradan istehsalını artıraraq dövlətin iqtisadi göstəricilərinin artmasına öz töhfəsini verir. Belə ki, həmin müəssisələrdə istehsalın canlanması daxili tələbatımızın ödənilməsinə imkan verir. Eyni zamanda bununla xarici bazarlara çıxış imkanı artır. Xüsusilə bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir. Regionlarda yeni iş yerləri açılmaqla insanların yaşayış səviyyəsində müsbət dinamika müşahidə edilir.

Digər tərəfdən hərraclar, vətəndaşlar üçün öz büdcələrinə uyğun kiçik obyektləri özəlləşdirməklə biznesini qurmaq imkanı yaradır. Bu isə iqtisadi sahədə aktivliyin artmasına gətirib çıxarır. Başqa sözlə, proses daşınmaz əmlak bazarında dinamikaya, müəssisələrin fəaliyyətinin genişlənməsinə şərait yaradır.

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac mayın 1-də keçiriləcək. Həmin hərraca 199 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyətləri, 93-ü kiçik dövlət müəssisəsi, 73-ü qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu