Rusiyanın iqtisadi inkişaf naziri Bakıya gəlir


Rusiyanın iqtisadi inkişaf naziri Bakıya gəlir


Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin aprelin 22-də Bakıya səfərə gələcək.


Bu barədə Trend-ə hökumətdəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, səfər çərçivəsində rusiyalı nazirin Azərbaycanın iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Şahin Mustafayev və digər hökumət nümayəndələri ilə görüşü planlaşdırılır. M.Oreşkinin Azərbaycana səfərinin bazar ertəsi yekunlaşacağı bildirilib.

Qeyd edək ki, rusiyalı nazir sonuncu dəfə Azərbaycanda ötən ilin dekabrında olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu