ƏƏSM-in 142 “Çağrı mərkəzi” tərəfindən bir ayda 14,6 mindən çox müraciət cavablandırılıb


ƏƏSM-in 142 “Çağrı mərkəzi” tərəfindən bir ayda 14,6 mindən çox müraciət cavablandırılıb


Cari ilin aprel ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 “Çağrı mərkəzi”nə 14622 müraciət daxil olub.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AFN-ə verilən məlumata görə, müraciətlərin 96,8 faizi bu və ya digər sosial təminat növünə hüququn müəyyən olunması, əmək hüquqları, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, Nazirliyin elektron xidmətlərindən istifadə, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma və s. kimi aidiyyəti məsələlərlə bağlı sorğu xarakteri daşıyıb. Həmin müraciətlərə cavab olaraq, vətəndaşlara onları maraqlandıran məsələlərə dair qanunvericiliyin müvafiq maddələri əsasında izahatlar verilib. Digər müraciətlər isə məzmununa uyğun şəkildə Nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Vətəndaşların müvafiq məsələlərə dair müraciətlərinə cavab olaraq onların məlumatlandırılması məqsədilə aprel ayı ərzində 59881 SMS göndərilib.

Qeyd olunanlarla yanaşı, “Çağrı mərkəzi” əlilliyin və ya sağlamlıq imkanları məhdudluğun qiymətləndirilməsinin nəticəsi, habelə ünvanlı dövlət sosial yardımının alınması üçün edilmiş müraciətə baxılmasının cari vəziyyəti barədə məlumat əldə etməyə də imkan verir.

Ümumilikdə cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzi” tərəfindən 58362 müraciət cavablandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu