Özəlləşdirilən əmlaklar istehsal müəssisələrinə çevrilir- ƏMDK

Xəbərin çap versiyası
Tarix: 15-05-2018, 15:20    |    Xəbər oxunub: 699 dəfə
Özəlləşdirilən əmlaklar istehsal müəssisələrinə çevrilir-


Əmlak Məsələləri Dövlət Komitəsinin bu gün baş tutan özəlləşdirmə hərracında 3 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi və 4 avtomobil özəlləşdirilib.

Komitədən AFN-ə verilən məlumata görə, hərracda ehtiyat hissələrinin satışını həyata keçirmək üçün mağaza özəlləşdirilib. Bərdə şəhərində yerləşən həmin obyektin ümumi faydalı sahəsi 55 kv.m-ə yaxın, torpaq sahəsi isə 70 kv.m-dən çoxdur.

Özəlləşmədə alıcısını tapan sərfəli əmlaklardan biri də 5 saylı avtomobillərə qazdoldurma stansiyasıdır. İnvestorlar Lənkəran şəhərində yerləşən həmin obyekti xidmət sahəsinə cəlb edə bilərlər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 80 kv.m-dən çox, torpaq sahəsi isə 8 min kv.m-ə yaxındır.

Kulinariya sahəsində fəaliyyət göstərən obyektlərin sırasına biri də daxil ola bilər. Söhbət “Azərbaycan xörəkləri” kafesindən gedir. Paytaxtın Binəqədi rayonunda yerləşən həmin əmlakın ümumi faydalı sahəsi 220 kv.m-dən çox, torpaq sahəsi isə 450 kv.m-ə yaxındır.

Budəfəki hərracda da qeyri-yaşayış sahəsi biznes obyektinə çevrilir. Bakının Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsinə gəlir gətirə bilər. Belə ki, mülkiyyətçi həmin obyekti həm kirayə verməklə, həm də ofisdaxili xidmət göstərməklə də yaxşı qazanc əldə edə bilər.

Bundan başqa Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi də xidmət sferasında sahibi üçün yararlıdır. Həmin obyektin ümumi faydalı sahəsi 40 kv.m-ə yaxındır.

Hərracda Daxili İşlər Nazirliyinin balansındakı avtomobilləri də sahibini tapıb. BMW və Fiat markalı həmin maşınların istehsal tarixi 2007-ci ildir.

Keçirilən hərracların nəticələri ilə komitənin rəsmi saytında (emdk.gov.az) və privatization.az portalında tanış olmaq mümkündür.

Növbəti özəlləşdirmə hərracı isə mayın 22-də keçiriləcək. Hərraca ayrı-ayrı iqtisadi sahələrə aid 70 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 28-i kiçik dövlət müəssisə və obyekti, 20-si istifadəsiz qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.

Qeyd edək ki, özəlləşdirmə hərracına qatılmaq olduqca sadədir. Bunun üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlak haqqında məlumat, onun xəritədəki yeri və mövcud vəziyyəti barədə fotoşəkillər var. İstənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
İcra başçısının korteji narazılığa səbəb oldu-

İcra başçısının korteji narazılığa səbəb oldu- Bir polis, 10 mülki avtomobil...+VİDEO

DİDK-da ulu öndərin xatirəsi anılıb

DİDK-da ulu öndərin xatirəsi anılıb

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib-

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib- FOTOLAR

ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

BNA kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər-

BNA kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər- FOTOLAR

Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

“Nar”-dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri

“Nar”-dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri

Bu gün qüdrətli Azərbaycan Ulu Öndərin sayəsində dünyada öz layiqli yerini tutur

Bu gün qüdrətli Azərbaycan Ulu Öndərin sayəsində dünyada öz layiqli yerini tutur

Şahbaz Quliyev və Dilqəm Əsgərov sərbəst buraxıla bilər

Şahbaz Quliyev və Dilqəm Əsgərov sərbəst buraxıla bilər

DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır-

DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır- VİDEO

Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunur

Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunur

Tanınmış jurnalistdən Heydər Əliyevin xatirəsinə

Tanınmış jurnalistdən Heydər Əliyevin xatirəsinə VİDEOÇARX

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur