Sabah hava isti olacaq

Xəbərin çap versiyası
Tarix: 16-05-2018, 13:28    |    Xəbər oxunub: 671 dəfə
Sabah hava isti olacaq


Sabah ölkədə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, mayın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mayın 17-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, gündüz cənub şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, mayın 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Yanğınla əlaqədar olaraq Qara Qarayev prospektində nəqliyyatın hərəkətində sabah da məhdudiyyət olacaq

Yanğınla əlaqədar olaraq Qara Qarayev prospektində nəqliyyatın hərəkətində sabah da məhdudiyyət olacaq

Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb-

Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb- Şəhidimiz var

Fransa mətbuatı Mehriban Əliyevadan yazdı

Fransa mətbuatı Mehriban Əliyevadan yazdı

Yanğınla əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam edir

Yanğınla əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam edir

"Diqlas”ın ikinci şəriki Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevdir

""Diqlas"-ın sahibi FHN generalından da güclü birisi olub"- Ekspert ticarət mərkəzindəki yanğına görə FHN-i tənqid elədi

FHN-in rəisindən “Diqlas” rəhbərliyinə ağır ittiham

FHN-in rəisindən “Diqlas” rəhbərliyinə ağır ittiham

Əmək, məşğulluq və sosial müdafiə sahəsində çalışan əməkdaşlar üçün xarici dil kursları təşkil olunub

Əmək, məşğulluq və sosial müdafiə sahəsində çalışan əməkdaşlar üçün xarici dil kursları təşkil olunub

Avropa bankı Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək

Avropa bankı Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək

İlham Əliyev yenidən qurulan “Bakmil” metro stansiyasında yaradılan şəraitlə tanış olub-

İlham Əliyev yenidən qurulan “Bakmil” metro stansiyasında yaradılan şəraitlə tanış olub- FOTOLAR

1450 manat maaşla 5 villa, çox saylı mülklər alan icra başçısı-

1450 manat maaşla 5 villa, çox saylı mülklər alan icra başçısı- VİDEO+FOTOLAR

Sabahın olan hava proqnozu açıqlanıb

Sabahın olan hava proqnozu açıqlanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur