Yeni Yaşmada içməli su təminatının yaxşılaşdırılması işləri başlayıb

Xəbərin çap versiyası
Tarix: 16-05-2018, 16:25    |    Xəbər oxunub: 655 dəfə
Yeni Yaşmada içməli su təminatının yaxşılaşdırılması işləri başlayıb


Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq içməli su çatışmazlığının müşahidə edildiyi kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir.



“Azərsu” Açıq Səhmdar Cəmiyyəti dövlət investisiya layihəsi çərçivəsində Xızı rayonunun Yeni Yaşma kəndinin içməli su təminatının yaxşılaşdırılması layihəsinin icrasına başlayıb.

Yeni Yaşma kəndində 1990-cı illərdə içməli su şəbəkəsi yaradılsa da, magistral və şəbəkə su xətləri uzun müddət istismar olunduğundan normal su təchizatını həyata keçirmək mümkün olmurdu. Xüsusilə yay aylarında kəndin su təminatında çətinliklər yaranırdı.

Mövcud su təchizatı sistemlərinin köhnəlməsi və istismar tələblərinə cavab verməməsi, həmçinin əhali artımı və kəndin böyüməsi nəzərə alınaraq su təchizatı infrastrukturunun tamamilə yenidən qurulmasına qərar verilib. Bu məqsədlə icra olunan layihə çərçivəsində Şollar-Bakı su kəmərindən Yeni Yaşma qəsəbəsinə 5,3 km uzunluğunda özüaxımlı magistral su kəmərinin tikintisinə başlanılıb. Bununla paralel olaraq kənddə 9,7 km uzunluğunda yeni içməli su şəbəkəsi yaradılır və hər bir ünvana birləşmə verilərək 350 ədəd sayğac quraşdırılacaq. Artıq su xətlərinin 7 km-dən çox hissəsi inşa edilib. Kəndin relyefi nəzərə alınaraq 2 ədəd hidrofor tipli nasosun quraşdırılması layihələndirilib.

Layihənin icrası tam başa çatdıqdan sonra Yeni Yaşma kəndinin sakinləri dayanıqlı içməli su ilə təmin ediləcək. Ümumilikdə yeni layihənin icrasından kəndin 2600 sakini faydalanacaq.

Qeyd edək ki, 2018-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət investisiya layihəsi çərçivəsində Xızı rayonu ilə yanaşı, Oğuz, Ağdaş, Ucar və Masallı rayonlarının 11 kəndində içməli su layihəsi həyata keçiriləcək. Bu layihələrdən 15 min nəfər faydalanacaq.

Bununla yanaşı, Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələri icra olunacaq. Bu layihələr çərçivəsində kəndlərdə 13 subartezian quyusu qazılacaq, 8 ədəd su anbarı, 195 km su xətti inşa ediləcək. Dayanıqlı su təchizatı məqsədilə 672 ədəd bulaq, 4 su qülləsi, 9 nasos stansiyası quraşdırılacaq. Bu layihələrdən 30 kəndin 45 mindən çox sakini faydalanacaq.

Ümumilikdə, 2018-ci ildə “Azərsu” ASC tərəfindən əhalisinin ümumi sayı 62 min nəfər olan 18 rayonun 41 yaşayış məntəqəsində içməli su layihəsi həyata keçiriləcək

Yeni Yaşmada içməli su təminatının yaxşılaşdırılması işləri başlayıb

Yeni Yaşmada içməli su təminatının yaxşılaşdırılması işləri başlayıb





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma-

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma- Ankarada ödül alanlar arasında Aqil Ələsgər də var

74 milyard dollarlıq şübhəli mülklər tapıldı:

74 milyard dollarlıq şübhəli mülklər tapıldı: sahibləri kimlərdir?

Azercell əmək sərgisində iştirak edib

Azercell əmək sərgisində iştirak edib

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi:

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi: “Trampın uğursuz açıqlaması...”

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara  və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

“Azercell

“Azercell" “Ən yaxşı mobil operator” adına layiq görülüb

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur