Gəmiçiliyin Xəzər Dəniz Neft Donanmasına daha iki gəmi daxil edilib

Xəbərin çap versiyası
Tarix: 17-05-2018, 14:31    |    Xəbər oxunub: 533 dəfə
Gəmiçiliyin Xəzər Dəniz Neft Donanmasına daha iki gəmi daxil edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC donanmalarının müasir gəmilərlə yenilənməsinə hər zaman xüsusi diqqət yetirir. Məhz, bunun nəticəsidir ki, hazırda Gəmiçilik Xəzərdə nəqliyyat və ixtisaslaşdırılmış ofşor donanmalarının tərkibindəki gəmilərinin sayına görə aparıcı mövqeyə malikdir.

Bu günlərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansına daha iki gəmi daxil edilib.

“Mərdəkan” və “Şüvəlan” adlı təchizat-yedək gəmiləri müasir avadanlıqla, o cümlədən DP1 dayanıqlılıq sistemi ilə təchiz olunub. Sözügedən üzən vasitələrin müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılmasında və yedəklənmə əməliyyatlarında istismarı nəzərdə tutulub.

Təchizat-yedək gəmiləri yanacaq, içməli su, qazma məhlulları, quru yük, konteyner, borular və bu kimi digər müxtəlif yükləri qəbul etmək üçün geniş göyərtəyə və böyük həcmli yük tanklarına malikdir.

Hər iki gəminin uzunluğu 60, eni 16 metr, sürəti 13 uzeldir. “Mərdəkan”gəmisinin dedveyti 1700, dartma qüvvəsi 81, “Şüvəlan” gəmisinin dedveyti 1810, dartma qüvvəsi 75 tondur. Onların texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatlaırnı təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir. Gəmilərdə quraşdırılan müasir yanğınsöndürmə avadanlığı isə dəniz obyektlərində yanğın baş verərsə bu zaman hadisəyə ilkin müdaxilə etməyə şərait yaradır.

Qeyd edək ki, Gəmiçilik donanmalarının müasirləşdirilməsi və böyüməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru

Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rüfət Aslanlı səlahiyyətlərindən birini itirdi

Rüfət Aslanlı səlahiyyətlərindən birini itirdi

Erməni nazir:

Erməni nazir: İran qazı bizim cibimizə görə deyil

DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb

"Mənim ana dilim" olimpiada layihəsi başa çatıb

“Səhliyalı” barədə cavabsız suallar:

“Səhliyalı” barədə cavabsız suallar: Siçan nəcisi, xərçəng yaradan maddə və “HALALLIQ”

Elmira Axundovaya “Xalq yazıçısı” adı verildi

Elmira Axundovaya “Xalq yazıçısı” adı verildi

“SABAH” qrupunun tələbələri

“SABAH” qrupunun tələbələri "Qaçqınkom"da olublar

Binəqədidə yolların yenidən qurulması üçün

Binəqədidə yolların yenidən qurulması üçün 1,9 milyon manat AYRILDI

“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

“Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

“Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

Yol Polisinin rəhbərliyi Milli Məclisə

Yol Polisinin rəhbərliyi Milli Məclisə ÇAĞIRILDI

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 
Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur