Xanımlarımız Ümumdünya Qadın Sammitində Azərbaycan Xalq Cümhuriyyətindən danışıblar


Xanımlarımız Ümumdünya Qadın Sammitində Azərbaycan Xalq Cümhuriyyətindən danışıblar


Millət vəkili Qənirə Paşayeva və Azərbaycanın bir qrup fəal qadını ilə Ümumdünya Qadın Sammitində iştirak edib.

AFN xəbər verir ki, İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimi Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımız Məlahət Qəhrəmanova, Yeganə Malkoç, Naibə Abdullayeva, Tünzalə Bakıxanova, Aynura Ağasiyeva, Sevda Nəcəfova, Sujayat Məmmədova, Həqiqət Abbasova, Janilya Qafarova, Pərvanə Mustafayeva, Yeganə Əliyeva, Royala Şirinova, Cəmilə İsmayılova, Zöhrə Məsiyeva, Ramilə Şirinovanın qatıldığı sammit çərçivəsində xanımlarımız 100 il əvvəl bütün müsəlman şərqində qurulan ilk parlamentli, demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətindən danışıblar və sadəcə müsəlman şərqində deyil, əksər dünya ölkələrindən də əvvəl Azərbaycan qadınlarının əldə etdiyi seçmək və seçilmək haqqından danışıblar. Azərbaycan Xalq Cümhuriyyəti, onun qısa zamanda özəlliklə qadın haqları ilə bağlı atdığı addımlar dünyanın müxrtəlif bölgələrindən gəlmiş qadınlar tərəfindən böyük maraqla qarşılanıb və onlara Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı materiallar Azərbaycan qadınları tərəfindən hədiyyə edilib. Azərbaycan heyəti eyni zamanda Azərbaycanın böyük maarifçi qadınları ilə də bağlı məlumatlar verməklə yanaşı bu gün ölkəmizdə qadınların bütün sahələrdə artan rolu barədə də müzakirələr zamanı geniş məlumatlar təqdim ediblər. Azərbaycanın qərblə şərq, qərblə müsəlman dünyası arasında önəmli bir körpü olduğunu və mədəniyyətlərarası dialoq sahəsində gördüyü böyük işlər, əldə edilən uğurlar və bu sahədə ölkəmizdə olan örnək vəziyyət barədə də geniş məlumatlar verən Azərbaycan qadın nümayəndə heyəti dünyanını müxtəlif bölgələrindən gəlmiş tanınmış qadınları ölkəmizə dəvət ediblər. Bir çox ölkələrdən olan fəal qadınlar qadınlarımızla görüşərək yaxın zamanlarda Azərbaycanı ziyarət etmək istədikləri və əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyiblər.

Xanımlarımız Ümumdünya Qadın Sammitində Azərbaycan Xalq Cümhuriyyətindən danışıblar

Xanımlarımız Ümumdünya Qadın Sammitində Azərbaycan Xalq Cümhuriyyətindən danışıblar

Xanımlarımız Ümumdünya Qadın Sammitində Azərbaycan Xalq Cümhuriyyətindən danışıblar

Xanımlarımız Ümumdünya Qadın Sammitində Azərbaycan Xalq Cümhuriyyətindən danışıblar

Xanımlarımız Ümumdünya Qadın Sammitində Azərbaycan Xalq Cümhuriyyətindən danışıblar

Xanımlarımız Ümumdünya Qadın Sammitində Azərbaycan Xalq Cümhuriyyətindən danışıblar

Xanımlarımız Ümumdünya Qadın Sammitində Azərbaycan Xalq Cümhuriyyətindən danışıblar



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu