"Qaçqınkom"un sədri məcburi köçkünləri qəbul edib

Xəbərin çap versiyası
Tarix: 22-05-2018, 18:24    |    Xəbər oxunub: 723 dəfə
"Qaçqınkom"un sədri məcburi köçkünləri qəbul edib



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti dəfə məcburi köçkünləri qəbul edib. Qəbulda Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, Bakı şəhəri üzrə sektor müdirləri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

Komitənin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, Bakı şəhərindən və bölgələrdən qəbula gələn məcburi köçkünlərlə mövcud problemlər, görülən işlərlə bağlı söhbətlər aparılıb. Onlar ayrı-ayrılıqda dinlənilib, qaldırılan məsələlərlə bağlı geniş izahat verilib.

Qəbulda müraciətlərin əsasən mənzillə bağlı olduğu nəzərə alınaraq qeyd olunub ki, ölkədə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli həmişə olduğu kimi hazırda da Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində irimiqyaslı işlər, sosial yönümlü layihələr həyata keçirilir.

Qeyd olunub ki, qəzalı binalarda yaşayan məcburi köçkünlərin problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli və sistemli şəkildə işlər həyata keçirilir.

Qəbul zamanı məcburi köçkünlər tərəfindən əsasən mənzil, qeydiyyat, kommunal xidmətlər, təmir-bərpa, işədüzəlmə və digər bu kimi məsələlərlə bağlı kollektiv və fərdi qaydada müraciətlər edilib.

Dövlət Komitəsinin sədri müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Alimlər gələcəyin iqlim proqnozunu açıqladılar-

Alimlər gələcəyin iqlim proqnozunu açıqladılar- qorxunc mənzərə

“Azərbaycanlıları məyus olmamağa çağırıram”-

“Azərbaycanlıları məyus olmamağa çağırıram”- çeçen nazirdən növbəti açıqlama

“Sən ordan çıx, mən burdan...”-

“Sən ordan çıx, mən burdan...”- Qalmaqallı prorektorla bağlı növbəti ARAŞDIRMA

Aqil Acalov:

Aqil Acalov: "Azərbaycan və çeçen xalqlarının münasibətləri tarixlə sınanıb"

Elxan Şahinoğlu:

Elxan Şahinoğlu: "Qarabağ Münhenlik deyil"

Lotu Qulinin 3 adamı tutuldu:

Lotu Qulinin 3 adamı tutuldu: polis basqını

Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı-

Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı- QALMAQAL

ADRA-dan şikayət-

ADRA-dan şikayət- Pulun nə üçün yığıldığı məlum deyil

Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı-

Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı- FOTOLAR

İlham Əliyev Moskvada baş vermiş hadisədən sonra Polad Bülbüloğluna tapşırıq verdi

İlham Əliyev Moskvada baş vermiş hadisədən sonra Polad Bülbüloğluna tapşırıq verdi

Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı-

Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı- FOTOLAR

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur