Avropalı proqram direktoru Mətbuat Şurasında olub

Xəbərin çap versiyası
Tarix: 22-05-2018, 18:36    |    Xəbər oxunub: 579 dəfə
Avropalı proqram direktoru Mətbuat Şurasında olub


“Adami” Şərqi Avropada mədəniyyət müxtəlifliyi üçün Media Mükafatı Proqramının direktoru Ştefan Tolç Azərbaycan Mətbuat Şurasında olub.

Şuradan AFN-ə verilən məlumata görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət missiyası barədə geniş məlumat verib. Daha sonra Ə.Amaşov Azərbaycanda ifadə azadlığı, eləcə də media orqanlarının iş prinsipləri haqqında söz açıb. O bildirib ki, Şura müxtəlif beynəlxalq media təşkilatları ilə sıx əməkdaşlıq şəraitində Azərbaycanın kütləvi informasiya vasitələrində peşə dəyərlərinin təbliğinə yönələn təşəbbüslər icra etməkdədir. Bu baxımdan son illər Avropa Şuranın Azərbaycan nümayəndəliyi ilə birgə layihənin əhəmiyyətindən söz açan deputat vurğulayıb ki, mövcud istiqamətdəki fəaliyyət diapazonunun genişliyi son dərəcə vacibdir və bu baxımdan Şərqi Avropada mədəniyyət müxtəlifliyinə media töhfəsi proqramı da mühüm əhəmiyyət daşımaqdadır.

Şərqi Avropada mədəniyyət müxtəlifliyi üçün Media Mükafatı Proqramının direktoru Ştefan Tolç rəhbərlik etdiyi layihə barədə məlumat verərək bildirib ki, «Adami» Avropa Birliyinin Şərq Tərəfdaşlığı Ölkələrində media peşəkarları üçün beynəlxalq müsabiqə mahiyyəti daşıyan təşəbbüsdür. Layihə əsasən mədəniyyət müxtəlifliyinin mediada işıqlandırılmasını hədəf seçir. Müsabiqədə Azərbaycanla yanaşı, Gürcüstandan, Moldovadan, Belarus və Ukrainadan telekanalların, prodüser kompaniyalarının və müstəqil prodüserlərin iştirakı nəzərdə tutulur. Ş.Tolç həmçinin müsabiqə ilə əlaqədar şərtlərin «www.adamimediaprize.eu» saytında ətraflı yer aldığını vurğulayıb. O, Azərbaycan Mətbuat Şurasının prosesin reallaşmasına dəstəyinin perspektiv əməkdaşlıq imkanlarının genişləndirilməsində vacib məqam olduğunu da deyib.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu «Adami» Şərqi Avropada mədəniyyət müxtəlifliyi üçün Media Mükafatı Proqramının əhəmiyyətinə toxunaraq bunun davamlı peşəkarlıq platforması kimi inkişafındakı xüsusisyyətlərini əsaslandırıb.

Qarşılıqlı müzakirələr şəraitində keçmiş görüşdə gələcək əməkdaşlığın müxtəlif formaları nəzərdən keçirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu-

Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu- FOTOLAR

Axtarışda olan 15 nəfər saxlanılıb

Axtarışda olan 15 nəfər saxlanılıb

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi:

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi: Azərbaycanda nadir hadisə

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Cəbhədə gərginlik davam edir

Cəbhədə gərginlik davam edir

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində  bayram tədbiri keçirilib

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur