“Milliyyət” “etnik mənsubiyyət”lə əvəzlənir


“Milliyyət” “etnik mənsubiyyət”lə əvəzlənir


“Milliyyət” sözü “etnik mənsubiyyət” sözü ilə əvəzlənir.

Bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilir.

Yəni, adıçəkilən qanunun 4.1.9-cu və 27.1-ci maddələrindəki “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilir.

Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bir neçə il öncə bu sözlərdə dəyişiklik edilib, indi isə dövlət qulluğu ilə bağlı qanunda bu məsələnin əksini tapması təklif olunur.

Qısa müzakirələrdən sonra dəyişiklik layihəsi plenar iclasa tövsiyə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu