"Mənim ana dilim" olimpiada layihəsi başa çatıb


"Mənim ana dilim" olimpiada layihəsi başa çatıb


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən Region gəncləri arasında "Mənim ana dilim" mövzusunda olimpiadanın təşkili layihəsi başa çatdı.

Layihə çərçivəsində tədbirlər 23-24 may 2018-ci il tarixlərində Qəbələ və Oğuz rayonlarında keçirildi. Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Anar Məhərrəmov layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi gənclər arasında ana dilimizi öyrənməyin, öyrətmənin və qorumağın təbliği, Ana dilinin tədrisinin yüksəldilməsinə töhfə vermək, Ana dilimizin qayğısına qalmaq, onun saflığını qorumaq, onunla fəxr edilməsinin təbliğinə nail olmaqdır. Sonra layihənin eksperti Kamil Səbzalıyev çıxışında ana dilimizin tarixi, dilimizə dövlət qayğısı, ulu öndər Heydər Əliyevin dilimizə daim diqqətlə yanaşdığını, dilimizlə bağlı verdiyi mühüm sərəncamlar, Azərbaycan ədəbi dilinin bugünkü inkişafı, dilimizin dövlətçilik ənənələrimizin təbliğini ifadə etdiyini, dilimizin böyük poeziya dili olduğunu bildirdi. K. Səbzalıyev bildirib ki, ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar keçirilən tədbirlərin davamı olaraq olimpiadada cümhuriyyətin dil siyasəti ilə əlaqədar suallara geniş yer verilib. Daha sonra "Mənim ana dilim" mövzusunda olimpiadalar təşkil edildi, qaliblər qiymətli hədiyyələr və sertifikatlar ilə təltif olundular.

Tural

"Mənim ana dilim" olimpiada layihəsi başa çatıb

"Mənim ana dilim" olimpiada layihəsi başa çatıb

"Mənim ana dilim" olimpiada layihəsi başa çatıb

"Mənim ana dilim" olimpiada layihəsi başa çatıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu