Nazir Dövlət Baytarlıq Nəzarəti Xidmətinə yeni rəis təyin etdi


Nazir Dövlət Baytarlıq Nəzarəti Xidmətinə yeni rəis təyin etdi


Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub.



Bu barədə oxu.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov məlumat verib.

O bildirib ki, nazir İnam Kərimovun əmri ilə Bayandur Rzayev Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi təyin edilib.

B.Rzayev Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsini bitirib (1991-1996).

2004-2007-ci illərdə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun aspirantı olub, daha sonra isə Heyvandarlıq İnstitutunun Qoyunçuluq laboratoriyasında elmi işçi kimi fəaliyyət göstərib (2007-2011).

2012-ci yanvar ayından etibarən Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, ötən gün, mayın 28-də, nazir İnam Kərimovun əmri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov tutduğu vəzifədən azad edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu