SON DƏQİQƏ
- Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı: Ayda 120 min manat...
- Prezident Siyavuş Novruzovu təltif etdi- SƏRƏNCAM
- Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar
- Hava şəraiti kəskin dəyişəcək- Xəbərdarlıq
- Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir- Dəstək olun!
- Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib- FOTOLAR
- Avstriyada 6 məscidin bağlanması ilə bağlı QƏRAR
- Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib
- Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib
- Bakıda kütləvi maliyyə fırıldağı- “Zərərçəkmişlərin sayı yüzlərlədir”
- Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü- “EkoAvrasya” Türk dünyasını bir araya gətirir+VİDEO
- Qənirə Paşayeva məktəblilər üçün "Tariximizi öyrənək və təbliğ edək !" adlı tədbir keçirib- FOTOLAR
Növbəti ictimai müzakirə: “Qarabağ problemi ilə bağlı müxtəlif virtual təbliğat kampaniyaları təşkil edilməlidir”
Tarix: 12-06-2018, 14:55 | Xəbər oxunub: 678 dəfə
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi “Sosial şəbəkələrdə milli maraqların effektiv təbliği üçün innovativ təşəbbüslərin həyata keçirilməsi” layihəsi çərçivəsində növbəti ictimai müzakirəsini Xaçmaz rayonunda keçirib. Xaçmaz rayon 6 nömrəli məktəbin akt zalında baş tutan tədbirdə rayon ictimaiyyəti, QHT nümayəndələri, fəal gənclər, KİV təmsilçiləri iştirak ediblər.
İctimai müzakirədə sosial şəbəkələrdə milli maraqların qorunması, istifadə qaydaları və gənclərin sosial şəbəkələrə münasibəti müzakirəyə çıxarılıb.
Təşkilatın sədri və layihənin rəhbəri Rəfail Becanov tədbiri açaraq layihənin əsas məqsədləri haqqında məlumat verib. R.Becanov qeyd edib ki, sosial şəbəkələrdən istifadə edərkən milli maraqların qorunmasına xüsusi diqqət ayrılmalıdır: “İnternet kütləvi informasiya vasitələrinə aid edildiyi üçün cinayət məsuliyyəti yaradır. İndi burada müəyyən caza növləri nəzərdə tutulur, onlardan biri də insana bu məsələ ilə bağlı həbs cəzası verilməsidir. Bu, insan haqlarına da zidd deyil. Çünki bir insanın digərini internetdə şantaj etməsi, ona böhtan atması insan haqları tələblərinə uyğundurmu? Təbii ki, yox. Buna görə də internetdə yayılan, şəxsin şərəf və ləyaqətini təhqir edən, şəxsi həyatına toxunan məlumatlar da hüquqi məsuliyyət yaradır. Ona görə də qanunvericiliyin təbliği, cəzaların sərtliyini istifadəçilər öyrənməlidir. Eyni zamanda gənclər milli təşəbbüslərlə çıxış edərək, müxtəlif məsələləri təbliğ edə bilərlər. Ən böyük problemimiz olan Qarabağ problemi ilə bağlı müxtəlif virtual təbliğat kampaniyaları təşkil edilə bilər. Lakin bu kimi imkanlardan az istifadə olunur”.
Layihənin eksperti Vilayət Muxtar isə gənclərin sosial şəbəkələrdən istifadə zamanı diqqət etməli olduqları məqamlara toxunub. V.Muxtar bildirib ki, sosial şəbəkələrdən düzgün istifadə etmədikdə, bilərəkdən və ya bilməyərəkdən kimlərinsə maraqlarına xidmət edən proseslərə qoşula bilərik: “Bir çox hallarda bu cür məsələlərlə qarşılaşırıq. Milli maraqlara zidd olan bu cür problemlərin iştirakçısı olmamaq üçün sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmaq vacibdir. Digər tərəfdən bu həm də ictimai məsuliyyət məsələsidir. Hər kəs bilməlidir ki, yazdığı, yaydığı hər bir informasiyaya görə məsuliyyət daşıyır”.
Layihənin digər eksperti Mehriban Sadıqova da çıxışında qeyd edib ki, bu cür layihənin həyata keçirilməsi zəruridir: “İnternet resurslarının istifadəçiləri virtual məkanların imkanlarından daha səmərəli istifadə etməli, hüquq və vəzifələri bilməli, qanunları və cəzaları öyərnməlidir. Bütövlükdə isə internetin dünyaya çıxış imkanları nəzərə alınmalı və bu imkanlarla ictimai maraqlar önə keçməli, dövlətin prioritet hesab etdiyi sahələrlə bağlı, Qarabağ problemi, ermənilərin Azərbaycana qarşı törətdiyi vəhşiliklər (Xocalı soyqırımı, Şuşanın işğalı və s.), əsir götürülən soydaşlarımıza verilən işgəncələr və s. haqqında məlumatlar, videoçarxlar, informasiyalar hazırlanmalı və yayılmalıdır. Bu kimi məsələlərə gənclərin cəlb edilməsi zəruridir”.
Tədbirin yekununda müzakirə iştirakçıları çıxış edərək problemin səbəbləri və bunun aradan qaldırılması yolları haqqında öz fikirlərini bildiriblər.
Diqqətinizi çəkə biləcək digər xəbərlər