Qanunsuz ağac kəsilməsi faktı aşkarlanıb


Qanunsuz ağac kəsilməsi faktı aşkarlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, Quba rayonu ərazisində keçirilən reyd zamanı Zərdabi qəsəbəsi ərazisində Taleh Qəribova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,7 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 812,35 manat məbləğində ziyan tətbiq edilib.

Qanunsuz ağac kəsilməsi faktı aşkarlanıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu