Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin loqosu ictimaiyyətə təqdim edilib


Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin loqosu ictimaiyyətə təqdim edilib


Bakı Ekspo Mərkəzində 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” sərgisi çərçivəsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin loqosu ictimaiyyətə təqdim edilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə Əlaqələr sektorundan AFN-ə verilən məlumata görə, loqo emblem və tipoqrafik hissədən ibarət olmaqla hərəkətlilik və dinamikanı özündə əks etdirir.

Emblem hissədə həndəsi fiqur olan dairələr simmetrik qarşılaşdırılaraq avtomobil faralarında işıq diodlarını xatırladır. Digər tərəfdən emblem vahid mərkəzdən idarəetməni, tamlığı, birliyi ifadə edir. Həmçinin emblemdə dövlət bayrağının rənglərindən istifadə olunub. Abreviatura və onun açılışı formasında ifadə olunan tipoqrafik hissə emblemlə tamlıq təşkil edir. Dairə elementlərinin məsafəli şəkildə təsviri isə qurumun iş prinsiplərində dəqiqlik, hərtərəflilik, çeviklik, pozitivlik, nəqliyyat sistemində norma yaratma prinsiplərini göstərir.

Təqdimat zamanı loqotipin istifadəsinə dair qayda və tələblər haqqında da geniş məlumat verilib. Əlavə olaraq bildirilib ki, tərtibat işlərində mavi, yaşıl, qırmızı və bənövşəyi rənglərdən istifadə oluna bilər.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin loqosu ictimaiyyətə təqdim edilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu