Dövlət Komitəsində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Xəbərin çap versiyası
Tarix: 13-06-2018, 18:00    |    Xəbər oxunub: 724 dəfə
Dövlət Komitəsində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Öncə Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.

Milli qurtuluş hərəkatının Azərbaycanın müasir dövlətçilik tarixindəki əhəmiyyətini vurğulayan Dövlət Komitəsinin sədri Rövşən Rzayev ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının Azərbaycanı xaos və hərc-mərclikdən, parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas etdiyini, müstəqil dövlətimizin taleyində dönüş anı olduğunu bildirib. Müdrik və uzaqgörən ümummili lider ölkədə ictimai-siyasi sabitlik yaradılması, sosial-iqtisadi böhranın aradan qaldırılması üçün qətiyyətli tədbirlər görüb, köklü islahatlar həyata keçirib. Müharibə alovuna bürünmüş Qarabağda atəşkəs rejiminin tətbiq edilməsi Azərbaycana öz maddi və mənəvi resurslarını səfərbər etmək, mövcud problemlərin həlli, o cümlədən işğal edilmiş ərazilərdən didərgin düşmüş həmvətənlərimizin humanitar fəlakətdən qurtarılması istiqamətində zəruri addımlar atmaq imkanı verib.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində saxladığı məsələlər arasında qaçqın və məcburi köçkünlərin problemləri xüsusi yer tutub, həmin problemlərin həlli istiqamətində əməli tədbirlər həyata keçirilib.

Türkiyənin və Avropanın enerji təhlükəsizliyi üçün əvəzedilməz infrastruktur layihəsi olan, mühüm siyasi və iqtisadi əhəmiyyətə malik TANAP qaz kəmərinin Milli Qurtuluş Günü ərəfəsində istifadəyə verilməsi Heydər Əliyevin dövlətçilik ideyalarının növbəti təntənəsi kimi dəyərləndirilib.

Azərbaycandakı möhkəm ictimai-siyasi sabitlik, davamlı inkişaf bütün sahələrdə vüsətli irəliləyişə, o cümlədən qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərin həllində ciddi nailiyyətlərin əldə edilməsinə şərait yaradıb. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə mühüm proqramlar icra olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə bu sahədə bir sıra layihələr həyata keçirilir.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin Mədəniyyət Komitəsinin sədri, akademik Rəfael Hüseynov geniş məruzə ilə çıxış edib, Milli Qurtuluş Gününün ictimai-siyasi əhəmiyyəti haqqında dəyərli fikir və mülahizələrini bölüşüb.

Tədbirdə Milli Qurtuluş Gününə həsr edilmiş film nümayiş olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu-

Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu- FOTOLAR

Axtarışda olan 15 nəfər saxlanılıb

Axtarışda olan 15 nəfər saxlanılıb

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi:

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi: Azərbaycanda nadir hadisə

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Cəbhədə gərginlik davam edir

Cəbhədə gərginlik davam edir

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində  bayram tədbiri keçirilib

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur