Dünya Bankı tərəfindən Azərbaycanda iş yerləri ilə bağlı aparılan tədqiqatın ilkin nəticələri təqdim olunub

Xəbərin çap versiyası
Tarix: 14-06-2018, 12:48    |    Xəbər oxunub: 743 dəfə
Dünya Bankı tərəfindən Azərbaycanda iş yerləri ilə bağlı aparılan tədqiqatın ilkin nəticələri təqdim olunub



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Dünya Bankının İş Yerləri ilə bağlı Tədqiqat və Strategiya, Ali Təhsil və Biznes İnkubatorları üzrə missiyası ilə görüş olub. Missiyaya Dünya Bankının proqram rəhbəri Lire Ersado, proqram üzrə baş iqtisadçı və tapşırıq qrupu rəhbəri İqor Keyfets, baş iqtisadçı Muhammed İhsan Ayvad, səhiyyə üzrə baş mütəxəssis Elvira Anadolu daxildir.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə sosial təminat sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun prioritetlərindən olduğunu vurğulayıb. Nazir ötən dövrdə bu istiqamətdə aparılan islahatlarda Dünya Bankı ilə birgə icra olunan layihələrin önəmini qeyd edib. S.Babayev əməkdaşlığın davamı kimi, Dünya Bankı ilə birgə 2008–2015-ci illərdə həyata keçirilən “Sosial müdafiənin inkişafı” layihəsinin ƏƏSMN-nin fəaliyyətinin gücləndirilməsi, sosial təminat proqramlarının ünvanlılığının təmin edilməsi, aktiv əmək bazarı proqramlarının düzgün idarə olunması üçün informasiya və idarəetmə sisteminin yaradılması, peşə standartlarının, modul təlim proqramlarının hazırlanması və s. kimi sahələrdə görülən işlərə töhfə verdiyini diqqətə çatdırıb. O, yeni Məşğulluq Strategiyasının layihəsinin hazırlanmasında da Dünya Bankı tərəfindən aktiv texniki dəstəyin göstərildiyini bildirib.

S.Babayev ölkəmizdə dövlətin davamlı dəstəyi ilə biznes mühitinin yaxşılaşdırılmasına və sahibkarlığın dəstəklənməsinə yönələn kompleks tədbirlərin qeyri-neft sektorunun genişlənməsinə səbəb olduğunu, uğurlu iqtisadi şaxələndirmə siyasətinin yeni iş yerlərinin açılmasının daimi xarakter alması ilə nəticələndiyini vurğulayıb. Nazir hər il əmək bazarına 100 mindən çox işçi qüvvəsinin daxil olmasına baxmayaraq, əmək bazarında sabitliyə nail olunduğunu qeyd edib. Dünya Bankının Azərbaycanda İş Yerləri ilə bağlı Tədqiqat və Strategiya layihəsinin əhəmiyyətindən bəhs edən S.Babayev layihə üzrə aparılan tədqiqatın inklüziv iş yerlərinin yaradılması üçün imkanların və ortaya çıxan çağırışların müəyyən olunmasında, Məşğulluq Strategiyası layihəsinin hazırlanmasında önəmli dəstək ola biləcəyini bildirib.

L.Ersado missiyanın öz fəaliyyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə fəal əməkdaşlıq müstəvisində həyata keçirdiyini qeyd edib. O, ölkəmizdə dayanıqlı iqtisadi inkişafa xidmət edən siyasətin həyata keçirilməsində məşğulluq amilinin ön planda saxlanmasının, yeni iş yerlərinin açılmasının təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Azərbaycanda iş yerləri ilə bağlı tədqiqatın iş yerləri ilə bağlı yaxşı nəticələrin əldə olunması üçün ümumi biznes mühiti, rəsmi sektordakı işəgötürənlərin fəaliyyəti, işçi qüvvəsinin qiymətləndirilməsi kimi istiqamətləri əhatə etdiyi qeyd olunub.

Daha sonra Dünya Bankı tərəfindən Azərbaycanda iş yerləri ilə bağlı aparılan tədqiqatın ilkin nəticələri təqdim olunub. Təqdimat zamanı Azərbaycanda dayanıqlı iqtisadi inkişafın, o cümlədən qeyri-neft sektorunda tərəqqi meyllərinin təmin olunması, çoxsaylı yeni iş yerlərinin açılması, məşğulluq imkanlarının, məşğulluqdan əldə edilən gəlirlərin çoxalması, yoxsulluq səviyyəsinin kəskin şəkildə azalması və s. istiqamətlərdə əldə edilən nailiyyətlər də xüsusi vurğulanıb. Görüş layihə üzrə aparılan tədqiqatın ilkin nəticələrinin müzakirəsi ilə davam edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu-

Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu- FOTOLAR

Axtarışda olan 15 nəfər saxlanılıb

Axtarışda olan 15 nəfər saxlanılıb

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi:

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi: Azərbaycanda nadir hadisə

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Cəbhədə gərginlik davam edir

Cəbhədə gərginlik davam edir

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində  bayram tədbiri keçirilib

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur