Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər


Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər


Tərtər rayonunda 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli liderin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Sonra tədbir Yeni Azərbaycan Partiyasının inzibati binasında dəyirmi masa ətrafında davam etdirilib.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib, Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu vurğulayıb. Rayon rəhbəri qeyd edib ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Ölkəyə rəhbərlik edənlər Heydər Əliyevin xalqa rəhbərliyinin qarşısını kəsirdi. Ona qarşı müxtəlif təxribatlar törədilir və böhtanlar atılırdı. Nəticədə isə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə təhlükə yaranırdı. Rəhbərlik Moskvanın diktəsi ilə işləyirdi. Belə bir çətin anda xalqımız öz liderinin-Heydər Əliyevin gəlişini həsrətlə gözləyirdi. Heydər Əliyevin Naxçıvandakı uğurlarına qısqanc münasibət bəslənirdi. Ayaz Mütəllibovun təslimçilik ruhu, hakimiyyəti uzun sürə bilməzdi. Azərbaycan üçün yeni-yeni torpaq itkisinə və Xocalı soyqırımına səbəb olan bu hakimiyyət gedərkən onun yerini Azərbaycan Xalq Cəbhəsi tutdu. Bu, heç nəyi dəyişdirmədi. Çox qısa zamanda Azərbaycanda hakimiyyət boşluğu, xaos və dövləti sarsıdan hadisələr bir-birini əvəz etməyə başladı. Ölkədə vəziyyət anbaan, günbəgün kəskinləşirdi. Azərbaycan Respublikası faktiki olaraq öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Bir tərəfdən ermənilər torpaqlarımızı işğal edir, digər tərəfdən ölkənin həm cənubunda, həm də şimalında separatçılar baş qaldırırdılar. Məqsəd aydın idi: Azərbaycanı parçalamaq və bir dövlət kimi tarixin səhifəsindən silmək. 1993-cü ilin iyununda Gəncədə baş verən hadisələr ölkəmizdə vətəndaş müharibəsinin başladığına işarə idi.

Tarixi xilaskarlıq missiyasını öz üzərinə götürən Ümummilli lider həyatını təhlükə qarşısında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə çıxmaması üçün öz ağsaqqal sözünü dedi. Ulu öndərin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının qarşısını aldı. Xaqlın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. O gündən insanlarda inam yarandı ki, faciələrdən, fəlakətlərdən, ölüm və qandan qurtulacaqlar. Bu, doğrudan da milli qurtuluş idi.

Sonra rayon rəhbəri qeyd edib ki, Ulu öndərin ilk dəfə hakimiyyətə gəlişi ilə əlaqədar olaraq Tərtər rayonunun iqtisadiyyatında da böyük dönüş yaranmışdır. Həmin illərdə rayon 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan sənayesini dirçəldən bir rayona çevrilmişdir. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət olan bir qəsəbə salınmış, 30-40 mənzilli evlərdən ibarət 8, beşmərtəbəli yaşayış binası tikilmiş, əhalinin mənzilə olan təlabatını ödəmək üçün 2300 nəfərə həyatyanı torpaq sahəsi verilmişdir. Bundan başqa rayonda 2000 nəfərə yaxın işçi qüvvəsi olan Tərtər Elektromexanika zavodu, 500-ə yaxın işçi qüvvəsi olan Pambıq Təmizləmə zavodu, 300 nəfər işçi qüvvəsi olan konserv zavodu, süd emalı zavodu, yol-tikinti materialları istehsal edən zavod, Sərsəng su anbarı məhz Heydər Əliyevin dövründə tikilmişdir. Ulu öndər həmin dövrdə bütün regionlarda, o cümlədən, Tərtər rayonunda da dəfələrlə olmuş, sakinlərlə görüşmüş, rayonun inkişafı ilə yaxından tanış olmuşdur. Bu gün də rayonun yaşlı sakinləri o unudulmaz tarixi günləri xoş xatirələrlə yad edirlər. Rayon rəhbəri Ulu Öndərin ikinci dəfə hakimiyyəti dövründə də Tərtər rayonunda qazanılan sosial-iqtisadi inkişafdan da söhbət açdı. Bildirdi ki, hazırda bu diqqət Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra rayon polis şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov, rayon prokuroru Şıxəli Alməmmədov, YAP Tərtər Rayon Təşkilatı Aparatının baş məsləhətçisi Eldar Əsədov, Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov və Qazyan kənd ümumi orta məktəbinin müəllimi İlahə Kərimli çıxış ediblər. Çıxışçılar dahi şəxsiyyət olan Ulu Öndərin xalqın xilaskarı, lideri olduğunu qeyd etmiş, onun hakimiyyətə gəlişilə ölkədə hərc-mərciliyə, xaosa, vətəndaş müharibəsi təhlükəsinə son qoyulduğunu bildiriblər. Qeyd olunub ki, Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, onun memarıdır.

Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı tərəfində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə Fəxri Fərman və qiymətli hədiyyələr verilib.

Tərtərdə 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə həmçinin bayram konserti təşkil olunub. Konsertdə rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin, uşaq-gənclər inkişaf mərkəzinin və 2007 muğam müsabiqəsinin laurantı Şəmsəddin İbrahimovun ifasında Azərbaycana, Ulu Öndərə, Vətənə aid səsləndirilən mahnılar və rəks nümunələri tamaşaçılarda xoş təsüratlar yaradıb.

Tamaşaçılar çıxışları alqışlarla qarşılayıb, konsertdən xoş əhval-ruhiyyə ilə evə dönüblər.

Tədbirdə rayon rəhbəri tərəfindən rayon Mədəniyyət Mərkəzinin, Musiqi Məktəbinin və Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivinə Fəxri Fərmanlar təqdim olunub.

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu