“Fuji” humanitar missiyası Dövlət Komitəsində olub

Xəbərin çap versiyası
Tarix: 10-07-2018, 13:08    |    Xəbər oxunub: 724 dəfə
“Fuji” humanitar missiyası Dövlət Komitəsində olub


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli oftalmoloq Akio Kanainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən AFN-ə verilən məlumata görə, R.Rzayev Yaponiyanın ölkəmizlə əməkdaşlığını yüksək qiymətləndirərək, humanitar missiyanın fəaliyyətinin xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən soydaşlarımızın bu missiyadan davamlı olaraq faydalandığı razılıq hissi ilə qeyd edilib.

Qonaqlara məlumat verilib ki, Azərbaycan dövləti məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Prezident İlham Əliyev bu sahədə məqsədyönlü, düşünülmüş siyasət aparır, mühüm dövlət proqramları icra edilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva yaşayış üçün təhlükəli binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrini yeni mənzillərlə təmin edilməsi məsələsinə xüsusi diqqət göstərir.

Görüşdə “Fuji” humanitar missiyasının qaçqın, məcburi köçkün və aztəminatlı ailələrə göstərilən optometrik xidmətlərə görə təşəkkür edilib. Qeyd edilib ki, missiyanın həyata keçirilməyə başladığı 2005-ci ildən bu günə kimi 54 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar soydaşlarımıza ianə edilib. 28 mindən artıq qaçqın, məcburi köçkün və aztəminatlı şəxs “Fuji” humanitar missiyasının xidmətlərindən faydalanıb. Bu il isə humanitar missiya bu təbəqədən olan 2500-dək insanı müayinə edib. Eyni zamanda Akio Kanainin Yaponiyanın “Yomiuri” qəzetinin ən yüksək mükafatı “Yomiuri Şinbun Beynəlxalq Əməkdaşlıq Mükafatı”na layiq görülməsi və mükafatın 5 milyon yen həcmində maliyyə vəsaitinin Azərbaycandakı məcburi köçkünlərin sosial problemlərinin həllinə köməklik məqsədilə ayrılması məmnunluqla xatırlanıb.

Akio Kanai Azərbaycanda məcburi köçkünlər üçün yaradılan şəraitin təqdirəlayiq olduğunu qeyd edib. O, missiyanın uğurla həyata keçirilməsinə lazımi kömək göstərdiyinə görə Azərbaycan hökumətinə, yerli icra strukturlarına minnətdarlığını bildirib. Akio Kanai missiyanın gələcəkdə də davam etdiriləcəyini söyləyib. Görüşdə eyni zamanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Quido Ambroso ilə tanışlıq olub. Diplomat 1995-1997-ci illərdə də ölkəmizdə çalışdığını bildirib. O, ötən dövr ərzində Azərbaycanda baş vermiş dəyişiklikləri, inkişafı yüksək qiymətləndirib. Xüsusi ilə məcburi köçkünlərlə bağlı dövlət tərəfindən həyata keçirilən layihələrin təqdirəlayiq olduğu diqqətə çatdırılıb. Dövlət Komitəsinin sədri Quido Ambrosoya fəaliyyətində uğurlar arzu edib.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.goo




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”-

“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”- Şəhla Cabbarlı yazır

Azərbaycanın dünya çempionu həbs edildi-

Azərbaycanın dünya çempionu həbs edildi- İşgəncə faktları…

"Özünüməşğulluq" proqramı ilə bağlı daha bir biabırçı FAKT+FOTOLAR

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib-

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib- SİYAHI

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib-

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib- FOTOLAR

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib-

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib- FOTOLAR

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb-

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb- FOTOLAR

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur