Sahil Babayevlə Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti görüşüb

Xəbərin çap versiyası
Tarix: 11-07-2018, 11:31    |    Xəbər oxunub: 731 dəfə
Sahil Babayevlə Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti görüşüb


Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

AFN xəbər verir ki, səfər çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Yoakim Bröyer arasında keçirilən görüşdə nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə əldə olunan nailiyyətlər barədə məlumat verib. S.Babayev əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək və sosial təminat sisteminin mütərəqqi beynəlxalq təcrübə, innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi və şəffaflaşdırılması, passiv sosial müdafiə tədbirlərindən aktiv tədbirlərə keçidin təmin olunması və özünüməşğulluq proqramının icrası istiqamətində aparılan işləri qeyd edib.

Nazir əmək və sosial müdafiə sistemində həyata keçirilən islahatlarda mötəbər beynəlxalq qurumlardan biri olan, dünyanın 159 ölkəsinin sosial təminat sahəsi ilə bağlı 320-dən çox qurumunu ətrafında birləşdirən BSTA ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb. S.Babayev ötən dövrdə Azərbaycanın BSTA ilə fəal əməkdaşlığının göstəricisi kimi ölkəmizin bu Təşkilatın büro üzvü, habelə Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçildiyini, Assosiasiyanın bir sıra tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Nazir həmçinin iş yerlərində əməyin təhlükəsizliyinin təmin olunması, işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması, tibbi-sosial və peşə reabilitasiyası, iş yerlərində bədbəxt hadisələrdən və peşə xəstəliklərindən zərər çəkmiş insanların sosial müdafiəsi sahəsində Azərbaycanda aparılan işlərdən bəhs edib. O qeyd olunan sahədə Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatı ilə əməkdaşlığın geniş müstəvidə qurulmasının önəmini qeyd edib.

Y.Bröyer Azərbaycana səfərindən, ölkəmizdə inkişaf proseslərinin şahidi olmasından məmnunluğunu ifadə edib. O, Azərbaycanın milli sosial təminat sistemində aparılan islahatları maraqla izlədiklərini, bu sahədə, eləcə də əməyin təhlükəsizliyi, tibbi, sosial, peşə

reabilitasiyası iş yerlərində bədbəxt hadisələrdən məcburi sığorta və profilaktika sahələrində əlaqələrin inkişafında maraqlı olduqlarını deyib.

Görüşdə “EXPO 2025” Bakı layihəsi ilə bağlı məlumatlandırmanın aparılması üçün BSTA-nın imkanlarından istifadə olunması, BSTA və Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatı ilə praktiki əməkdaşlıq gündəliyinin genişləndirilməsi, o cümlədən iş yerlərində bədbəxt hadisələrin qarşısının alınması və reabilitasiya xidmətlərinin təkmilləşdirilməsi sahəsində Almaniya təcrübəsindən faydalanma imkanlarının araşdırılması, sosial təminat sisteminin müxtəlif sahələri üzrə BSTA təlimatlarının tətbiqi, BSTA-nın 2019-cu ilin aprel ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Avropa Regional Forumunun təşkili və s. məsələlər müzakirə olunub.

Y.Bröyerin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə birgə keçirilən görüşdə isə Azərbaycan və Almaniyada əlilliyi olan şəxslərin reabilitasiya sistemləri barədə təqdimatlar edilib.

Tədbirdən sonra S.Babayev və Y.Bröyer birgə press-konfrans keçirərək, Azərbaycan və BSTA, həmçinin Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatı arasında mövcud əməkdaşlıq əlaqələri, bu əlaqələrin genişləndirilməsi üçün görüləcək işlər və s. ilə bağlı KİV-ə məlumatlar verib, jurnalistlərin suallarını cavablandırıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”-

“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”- Şəhla Cabbarlı yazır

Azərbaycanın dünya çempionu həbs edildi-

Azərbaycanın dünya çempionu həbs edildi- İşgəncə faktları…

"Özünüməşğulluq" proqramı ilə bağlı daha bir biabırçı FAKT+FOTOLAR

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib-

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib- SİYAHI

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib-

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib- FOTOLAR

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib-

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib- FOTOLAR

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb-

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb- FOTOLAR

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur