Gəncə ciddi siqnaldır ancaq pərdənin arxasındakın tapana qədər...


Gəncə ciddi siqnaldır ancaq pərdənin arxasındakın tapana qədər...


Ötən gün Gəncədə baş verən terror hadisəsi zamanı 2 polis zabitinin qətlə yetirilməsi çox ciddi hadisədir.

AFN xəbər verir ki, bunu Çağdaş Strateji Araşdırma Mərkəzinin eksperti Seymur Süleymanov deyib. Onun sözlərinə görə, Gəncə ssenarisini hazırlayan qüvvələr daha çox itki planlayırdılar. Ancaq Daxili İşlər Nazirliyinin əməkdaşlarının çevikliyi bütün planları puç etdi. Dünənki Gəncə hadisəsi bizlərə əyani sübut etdi ki, polislərimiz dövlətçiliyimizin keşiyində nəyin bahasına olursa olsun durmağa hərzaman hazırdırlar.
Çox məyusedici haldır ki, Gəncədə qaragüruh qüvvələrin xain planlarına alət olaraq, polisinə,dövlətinə qarşı çıxanlar oldu. Təbii ki, bu ssenarini dini motivlər əsasında reallaşdırdılar. İnançlı insanların hissləri üzərindən öz xain əməllərini həyata keçməsi üçün istifadə etdilər. Yunis Səfərov və dünən 2 polisimizi öldürən xainlər sadəcə və sadəcə oyunçudurlar. Yəni pərdənin önündə olanlar bəllidir, pərdənin arxasındakılar isə tam bəlli deyil. Dünənki hadisə ciddi siqnaldır. Birbaşa dövlətçiliyimizə qarşı atılan addımdır. Əziz xalqım! Dövlətimizi, ölkəmizi və ən əsası müstəqilliyimizi qorumaq üçün möhkəm dayanmaq lazımdır! Hərkəs əmin olsun ki, dövlətimiz və eləcə də hüquq-mühafizə orqanları istənilən antiAzərbaycan qüvvələrini darmadağın etməyə qadirdilər! Biz isə vətəndaşlıq mövqeyimizi ortaya qoyaraq, dövlətimizin yanınd olaq! Bu bizim həm də borcumuzdur!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu