“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi”- MÜSAHİBƏ

Xəbərin çap versiyası
Tarix: 12-07-2018, 11:24    |    Xəbər oxunub: 629 dəfə
“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi”-


UNEC-in 2017/2018-ci tədris ilində ən yüksək balla bitirən məzunu Səbinə Nəcəfzadə oldu. Beynəlxalq İqtisadiyyat Məktəbindən (İSE) 98.53 balla məzun olan S.Nəcəfzadə uğur hekayəsini UNEC News-la bölüşüb.



İSE-yə qəbul olmaq universitetdəki ilk uğurum idi

UNEC-i ən yuksək balla bitirəcəyimi gözləmirdim. Buna görə də sevincim və həyəcanım daha çoxdur. Gözləmədən gələn xəbərlər həmişə insanı daha çox sevindirir və həyəcanlandırır. Abituriyent vaxtı adını dəftərimə yazdığım UNEC-in maliyyə ixtisasına qəbul olmağı arzu edirdim. Sonda oldu... Xoşbəxtəm! Çünki arzuladığım universitetdən birinci olaraq ayrılıram. UNEC-ə qəbul olduğum ilk həftələr yeni sistemə, yeni simalara və yeni bir həyata uyğunlaşmağa çalışırdım. Hətta ilk kollokvium ballarım çox aşağı oldu. İlk kollokviumdan sonra isə uyğunlaşdım. Elə həmin semestr də Beynəlxalq İqtisadiyyat Məktəbi yaradıldı və bununla da mənə həyatda yeni qapılar açıldı. İSE-yə qəbul olmaq mənim universitetdəki ilk uğurum idi deyə bilərəm, çünki bu fakültənin həyatımın formalaşmasında rolu çox böyükdür.

İmtahanlara müəllimin tələbləri ilə yanaşı, “mənim üçün ideal cavab nədir” düşüncəsi ilə yanaşmışam

Məqsədim ən yüksək bal toplamaq deyildi. Sadəcə edə bildiyimin ən yaxşısını etmək idi. Bunu da qismən bacardım. İmtahanlara müəllimin tələbləri ilə yanaşı, “mənim üçün ideal cavab nədir” düşüncəsi ilə yanaşmışam. Ona görə də imtahanlardan hər zaman sonda çıxırdım, hətta çıxmırdım vaxt bitdi deyə çıxarılırdım. Belə maraqlı məlumat da deyim ki, tələbəliyin olmazsa olmazı - qaib limitini yaşamamışam. Hətta qaibdən bal belə itirməmişəm. Hər semestr qaiblərimi saxlayıb son həftə istirahət edərəm deyə düşünürdüm. Lakin son həftə dərsə getməsəm müəllim önəmli məlumat deyəcək mən eşitməyəcəm deyə yenə gedirdim. İSE-də sessiya imtahanlarından öncə məsləhət saatı olurdu. Bu vaxt məllimlər tələbərə qaranlıq qalan sualları izah edib, imtahanlarla bağlı məsləhətlərini verirdi. Düşünürəm ki, bu görüşlərdə iştirakımın yüksək nəticə əldə etməyimdə rolu var.

Əsas rəqibim qrup yoldaşım Emil Alıyev idi, qızlardan isə bu potensialı Nəzrində görürdüm. Lakin onları rəqib də adlandıra bilmərəm. Çünki hər biri mənim üçün dəyərlidir. Dörd il ərzində imtahanlara bir yerdə hazırlaşıb, bir-birimizə kömək olurduq. Ona görə də qalibin kim olmasından asılı olmayaraq hamımız sevinərdik.

4 ildir ki, UNEC-i ən yüksək balla bitirənlər ancaq qızlardır. Təsadüf olduğunu düşünürəm. Kim daha çox çalışır və istəyir o da qazanır. Növbəti illərdə oğlanların da adını bu lövhədə görəcəyimizdən əminəm. Hətta növbəti illərdə oğlan favorim belə var.

UNEC-in “ikinci əlaçı təqaüdü” tələbələr üçün böyük motivasiyadır

UNEC-in ikinci əlacı təqaüdü olan “Top15”liyə mən II kursa başlayanda start verildi. “İkinci əlaçı təqaüdü” tələbələr üçün böyük motivasiyadır, onların stimullaşdırılması baxımından çox təqdirəlayiq addımdır. Onlara ekstra motivasiya verərək, daha çox çalışmalarına səbəb olur. Ən əsası da qazanılan ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi. II kursun hər iki semestrində “Top15” tələbərindən biri oldum.

4 il öncə adını dəftərimə yazdığım universitetin fəxri daşına bu gün adım yazılıb

Adım UNEC-in fəxri daşına həkk olunub. Çox fərqli hisslər içindəyəm. Təsəvvür edin 4 il öncə dəftərimə adını yazdığım universitetin fəxri daşına bu gün mənim adım yazılıb. 4 ildir bu daşa İSE tələbələri adlarını yazdırır və ümid edirəm bu, belə də davam edəcək. Növbəti illərdə orada İSE ailəsindən birinin adını görmək istəyirəm.

UNEC mənə bilik və bacarıqlarla yanaşı, yaxın dostlar da qazandırdı

Həyatımın ən unudulmaz və dəyərli 4 ilini yaşadım. İndidən tələbəlik üçün, hətta imtahanlar, layihələr üçün də çox darıxıram. UNEC mənə bilik və bacarıqlarla yanaşı, yaxın dostlar da qazandırdı, dəyərli insanlarla tanış olmaq imkanı verdi: 1021-ci qrup, İSE tələbələri, əziz müəllimlərimiz və dəyərli fakültə əməkdaşlarımız. Uğurumuzda müəllimlərimizin, universitet kollektivinin rolu böyükdür. Onların sayəsində əvvəllər xəyalını belə qurmadığım uğurlara imza atıram, qərarlarım və məqsədlərim daha iddialıdır.

Magistr təhsili almağa tələsmirəm. Mənə görə oxumağın yaşı yoxdur. Ona görə də tələsik qərar vermək istəmirəm. Tələbəlik bitdi deyə, “oxumaq bitdi” demək doğru deyil. Nə qədər ki, varıq və elm inkişaf edir mən də oxumağıma davam edəcəm. Hazırda PASHA Travel-də mühasib kimi çalışıram. İşdən sonra isə yenə kitablarım mənimlədi.

Tələbələrə tövsiyəm...

Zamanın dəyərin bilin. Tələbəlik həyatın ən önəmli illəridir. Bu illəri maksimum dərəcədə düzgün dəyərləndirin. Uğursuzluqdan qorxmayın. Hər bir zirvəyə gedən yolda enişlər də olur. Ən önəmlisi bunlardan düzgün nəticə çıxardıb, daha da əzmlə yola davam etməkdir. Sizi xoşbəxt edən addımlar atıb, sevdiyiniz işlə məşğul olun.



“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi”-
“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi”-
“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi”-
“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi”-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”-

“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”- Şəhla Cabbarlı yazır

Azərbaycanın dünya çempionu həbs edildi-

Azərbaycanın dünya çempionu həbs edildi- İşgəncə faktları…

"Özünüməşğulluq" proqramı ilə bağlı daha bir biabırçı FAKT+FOTOLAR

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib-

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib- SİYAHI

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib-

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib- FOTOLAR

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib-

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib- FOTOLAR

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb-

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb- FOTOLAR

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur