20 və 94 saylı marşrut xətləri birləşdirilərək "BakuBus"a verilib

Xəbərin çap versiyası
Tarix: 13-07-2018, 17:13    |    Xəbər oxunub: 963 dəfə
20 və 94 saylı marşrut xətləri birləşdirilərək "BakuBus"a verilib


20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlı 05.06.2018 tarixində elan edilən müsabiqəyə yekun vurulub.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, qQanunvericiliyə uyğun keçirilən müsabiqənin qalibi “BakuBus” MMC olub. Əvvəlcədən nəzərdə tutulduğu kimi, hər iki marşruta dair sərnişindaşıma xidmətləri bir daşıyıcı tərəfindən icra ediləcək. Qeyd edilən marşrutların nömrələri 7A və 7B olaraq müəyyən edilməklə son dayanacaq məntəqələri də dəyişdirilib. 7A marşrutu üzrə avtobuslar Beynəlxalq Avtovağzal Kompleksi - “Əhmədli” metrostansiyası, 7B marşrutu üzrə isə Yeni Yasamal qəsəbəsi (“Qismət” ş.s) - “Əhmədli” metrostansiyası istiqamətində sərnişinlərə xidmət göstərəcək. Müsabiqə şərtlərinə uyğun olaraq, 7A və 7B marşrut xətlərinin fəaliyyəti yaxın günlərdə təmin ediləcək.

Vahid hərəkət cədvəli ilə xidmət göstərəcək marşrut xətlərində avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək. Bunu nəzərə alaraq, marşrut xətti üzrə təhlillər aparılaraq müvafiq dayanacaq məntəqələrində ödəmə terminalları quraşdırılıb. Həmçinin, yeni dayanacaq məntəqələri müəyyənləşdirilib.

Xatırladaq ki, hər iki marşrut xətti ilə bağlı aparılan kompleks təhlillərlə müəyyən edilib ki, 20 və 94 nömrəli marşrut xətlərinin ayrı-ayrı daşıyıcılar tərəfindən istismar edilməsi, hərəkət sxemlərinin üst-üstə düşməsi (20 Yanvar metrostansiyasından “8-ci km bazarı”na qədər) Ziya Bünyadov prospektində avtobus sürücüləri arasında mütəmadi olaraq ötmə əməliyyatlarının aparılmasına, tıxacların yaranmasına səbəb olurdu. Qeyd edilən marşrut xətləri üzrə avtobus sürücülərinin təhlükəli manevr və ötmə əməliyyatları etməsi səbəbindən dəfələrlə ağır yol nəqliyyat hadisələri də baş verirdi. Bununla yanaşı, hər iki marşruta aid avtobus sürücülərinin sərnişinlərlə etik davranış qaydlarını pozmaları və təhlükəsizlik tədbirlərinə riayət etməmələri barədə 141 Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olurdu.

Qeyd edək ki, Bakı şəhərində mövcud bütün marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin, təhlükəsizliyin və rahatlığın artırılmasıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”-

“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”- Şəhla Cabbarlı yazır

Azərbaycanın dünya çempionu həbs edildi-

Azərbaycanın dünya çempionu həbs edildi- İşgəncə faktları…

"Özünüməşğulluq" proqramı ilə bağlı daha bir biabırçı FAKT+FOTOLAR

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib-

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib- SİYAHI

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib-

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib- FOTOLAR

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib-

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib- FOTOLAR

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb-

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb- FOTOLAR

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur