Tərtərin Köçərli kəndində səyyar-qəbul keçirilib


Tərtərin Köçərli kəndində səyyar-qəbul keçirilib


Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti səyyar qəbul-görüş Köçərli kəndində oldu.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Köçərli kənd İƏD üzrə nümayəndə Mübariz Yunisov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Nizami Hüseynov, Alik Hüseynov, Aygün Mürsəlova, Cəmilə Süleymanova, Məhərrəm Abbasov, Abbas Əliyev əsasən bələdiyyədən icarəyə torpaq götürülməsi, elektrik təsərrüfatının yenidən qurulması, yeni subartezian quyusunun qaılması, işlə təminat və digər şəxsi məsələlər barədə müraciət etdilər.

Qaldırılan məsələlər barədə icra başçısı tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Tərtərin Köçərli kəndində səyyar-qəbul keçirilib

Tərtərin Köçərli kəndində səyyar-qəbul keçirilib

Tərtərin Köçərli kəndində səyyar-qəbul keçirilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu