ETSN ağac kəsintisinin qarşısını aldı


ETSN ağac kəsintisinin qarşısını aldı


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Yasamal rayonu Şərifzadə küçəsi 168A ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı ağac kəsintisi faktı aşkar edilməyib. Araşdırma zamanı ərazidə pilot layihə çərçivəsində “Qismət-M Construction” MMC tərəfindən köhnə beşmərtəbəli binanın sökülərək yerində çoxmərtəbəli yaşayış binasının və yeraltı avtomobil daynacağının tikildiyi müəyyən edilib. Dayanacağın girişindəki müxtəlif cinsli bioloji inkişafda olan 6 ədəd ağacın dayanacaq fəaliyyət göstərəcəyi təqdirdə kəsilmə təhlükəsi altında qalacağı qeydə alınıb.

Faktla bağlı akt tərtib olunub və ağacların qorunub mühafizə olunması, aqrotexniki qulluq göstərilməsi məqsədilə MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu