Bakıda idmana gedən 14 yaşlı qız itkin düşüb


Bakıda idmana gedən 14 yaşlı qız itkin düşüb


Bakıda azyaşlı qız itkin düşüb. Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Nizami rayonu, E.Süleymanov küçəsi, ev 139, mənzil 56-da yaşayan, 1984-cü il təvəllüdlü Akimova Anastasiya Vasilievna Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan qızı, 2004-cü il təvəllüdlü Akimova Ləman Elçin qızı avqustun 4-də səhər saat 9 radələrində yaşadıqları ünvandan Nizami rayonu ərazisindəki "Məşəl" İdman Cəmiyyətinə idman dərslərinə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsində araşdırma aparılır. (Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu