Xoşbulaq bələdiyyəsinin sədri cərimələndi: 3 min manat

Xəbərin çap versiyası
Tarix: 17-08-2018, 15:40    |    Xəbər oxunub: 534 dəfə
Xoşbulaq bələdiyyəsinin sədri cərimələndi:


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa kəskin qoxunun yayılması ilə bağlı şikayət daxil olub. Şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, sözügedən kənd ərazisinə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, kəndin müxtəlif ərazilərində qeyri-mütəşəkkil şəkildə qalaqlandığı və ətrafa kəskin qoxunun yayıldığı faktı təsdiqini tapıb.

Faktla bağlı Xoşbulaq bələdiyyəsinin sədri Rasim Allahverdiyev barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 3000 manat məbləğində cərimə olunub.

Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub-

Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub- ŞİKAYƏT

Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib

Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib

Metropolitendən Əcəmi stansiyasını su basması ilə bağlı

Metropolitendən Əcəmi stansiyasını su basması ilə bağlı AÇIQLAMA

Sürücülərin diqqətinə:

Sürücülərin diqqətinə: paytaxtın bu küçələrində yağışla əlaqədar sıxlıq var

Bu günlərə olan faktiki  hava şəraiti haqqında məlumat

Bu günlərə olan faktiki hava şəraiti haqqında məlumat

Həsən Ruhani İrandakı teraktda ABŞ izi haqda:

Həsən Ruhani İrandakı teraktda ABŞ izi haqda: Peşiman olacaqlar

Bakı yenə yağış suları altında qaldı-

Bakı yenə yağış suları altında qaldı- VİDEO+FOTO

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

Azərbaycana payız gəldi

Azərbaycana payız gəldi

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

"Vikipediya”da Raquf Orucov haqqında ingilis dilində məqalə yaradılıb

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi:

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi: AZAL prezidentindən 400 milyon tələb olunur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur