Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının prezidenti və Macar Turan Vəqfinin rəhbəri ilə Qarabağdan danışıb

Xəbərin çap versiyası
Tarix: 18-08-2018, 12:54    |    Xəbər oxunub: 534 dəfə
Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının prezidenti və Macar Turan Vəqfinin rəhbəri ilə Qarabağdan danışıb


Millət vəkili Qənirə Paşayeva Turan Qurultayının təşkilatçısı Macar Turan Vəqfinin rəhbəri Andras Biro ilə görüşüb.



Türk dövlət və toplumları arasında əməkdaşlığın və Türk dünyası birliyinin güclənməsində Turan Qurultayının böyük əhəmiyyətini vurğulayan millət vəkili Q.Paşayeva Macar Turan Vəqfinin rəhbəri Andras Biroya bu cür önəmli tədbiri təşkil etdiyi üçün Azərbaycan nümayəndə heyəti adından təşəkkür edib. Millət vəkili Macar Turan Vəqfi ilə Azərbaycan təşkilatları arasında əməkdaşlığın daha da genişlənməsinə ehtiyac olduğunu deyib. Görüşdə qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni ortaq layihələr, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə çatdırılması, Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanın dost ölkə olduğunu və Azərbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafına böyük əhəmiyyət verdiklərini diqqətə çatdıran Macar Turan Vəqfinin rəhbəri Andras Biro iki dost ölkə arasında əməkdaşlığın, o cümlədən rəhbərlik etdiyi qurum ilə Azərbaycan təşkilatları arasında əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Görüşdə Türk dünyasının birliyi istiqamətində layihələr ilə bağlı fikir mübadiləsi də aparılıb. Görüşün sonunda millət vəkili Q.Paşayeva Macar Turan Vəqfinin rəhbəri Andras Biroya Azərbaycan nümayəndə heyəti adından Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı hədiyyələri təqdim edib.

Millət vəkili Q.Paşayeva Turan Qurultayı çərçivəsində Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali ilə də görüşüb, müzakirələr aparılıb. Beynəlxalq Türk Akademiyasının Türk dünyasının birliyi istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayan millət vəkili Q.Paşayeva ortaq türk ədəbiyyatı, tarixi və mədəniyyəti ilə bağlı layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib. Türk dünyasının inteqrasiyası istiqamətində gördükləri işlər barədə məlumat verən Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali ortaq türk ədəbiyyatı, tarixi və mədəniyyəti ilə bağlı layihələr üzərində çalışdıqlarını bildirib. Görüşdə iki qardaş ölkə olan Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi imkanları və Türk birliyinin güclənməsi istiqamətində yeni layihələr ətrafında önəmli fikir mübadiləsi olub, geniş fikir mübadiləsi aparılıb. Görüşlərdə ATXƏM sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayıl, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri doktoru Məlahət Qəhrəmanova , iş qadını Pərvanə Mustafayeva, əməkdar artist Nuriyyə Hüseynova və Şəmistan Əlizamanlı iştirak ediblər.

Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının prezidenti və Macar Turan Vəqfinin rəhbəri ilə Qarabağdan danışıb

Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının prezidenti və Macar Turan Vəqfinin rəhbəri ilə Qarabağdan danışıb

Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının prezidenti və Macar Turan Vəqfinin rəhbəri ilə Qarabağdan danışıb

Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının prezidenti və Macar Turan Vəqfinin rəhbəri ilə Qarabağdan danışıb

Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının prezidenti və Macar Turan Vəqfinin rəhbəri ilə Qarabağdan danışıb





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub-

Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub- ŞİKAYƏT

Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib

Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib

Metropolitendən Əcəmi stansiyasını su basması ilə bağlı

Metropolitendən Əcəmi stansiyasını su basması ilə bağlı AÇIQLAMA

Sürücülərin diqqətinə:

Sürücülərin diqqətinə: paytaxtın bu küçələrində yağışla əlaqədar sıxlıq var

Bu günlərə olan faktiki  hava şəraiti haqqında məlumat

Bu günlərə olan faktiki hava şəraiti haqqında məlumat

Həsən Ruhani İrandakı teraktda ABŞ izi haqda:

Həsən Ruhani İrandakı teraktda ABŞ izi haqda: Peşiman olacaqlar

Bakı yenə yağış suları altında qaldı-

Bakı yenə yağış suları altında qaldı- VİDEO+FOTO

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

Azərbaycana payız gəldi

Azərbaycana payız gəldi

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

"Vikipediya”da Raquf Orucov haqqında ingilis dilində məqalə yaradılıb

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi:

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi: AZAL prezidentindən 400 milyon tələb olunur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur