Daha bir çoxmərtəbəli bina sakinləri üçün "kütləvi çıxarış" kampaniyası reallaşdırılıb

Xəbərin çap versiyası
Tarix: 21-09-2018, 11:30    |    Xəbər oxunub: 553 dəfə
Daha bir çoxmərtəbəli bina sakinləri üçün "kütləvi çıxarış" kampaniyası reallaşdırılıb


Bakıda daha bir hündürmərtəbəli bina “Kütləvi çıxarış” kampaniyasının ünvanı olub. İctimai xidməti birbaşa vətəndaş ünvanına aparan bu kampaniya 21 sentyabrda Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 4 ünvanında yerləşən binada keçirilib.

AFN xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin mobil ofisləri vasitəsilə göstərilən xidmətlər sakinlərin yüksək marağına səbəb olub. Mənzil sahibləri evlərini tərk etmədən çıxarış əldə ediblər. Belə ki, 2 bloklu, 57 mənzilli binanın həyətində reallaşan layihədə 30 vətəndaşa çıxarışlar təqdim olunub. Bununla da daşınmaz əmlaka dair çıxarış almaq üçün məkanı dəyişməyə, zamanı planlaşdırmağa ehtiyac qalmayıb.

Həmin binanın digər 20 sakinindən isə ilkin hüquq müəyyənedici sənədlər toplanıb. Mobil ofislərə müraciət edənlərə hüquqi məsləhətlər verildi. Kampaniyanın keçirildiyi bina ilə yanaşı digər binaların sakinləri də göstərilən xidmətlərdən istifadə ediblər.

Bu kampaniya xidmətləri vətəndaşa daha yaxın edir, operativlik amilini artırır, əhali ilə xidmət arasında birbaşa əlaqə yaradır. Eyni zamanda digər ünvanlara müraciət etməyə ehtiyac qalmır, qeydiyyat xidmətlərində əlçatanlıq prinsipi təmin olunur.

Cari il ərzində 15-dən çox “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bu sosial tədbir fərqli məkanları əhatə edir. Belə ki, coğrafiyasından asılı olmayaraq respublikanın ayrı-ayrı şəhərlərində, ucqar kəndlərində, o cümlədən iş yerlərində də keçirilir.

Qeyd edilməlidir ki, Bakı şəhərində mənzil bazarında mövcud aktivlik daşınmaz əmlak sənədləşməsini zəruri edir. Çıxarışlı mənzillərin iqtisadi proseslərə geniş formada cəlb edilməsi əmlakların etibarlı və hüquqi zəmanətli olması ilə bağlıdır. Sadalanan amillər vətəndaşların mənzillərə dair çıxarış almaq marağını artırır. Layihə çərçivəsində çıxarışların verilməsi ilə hər kəsin mülkiyyət hüququ cəld və kütləvi şəkildə təmin olunur.

Daha geniş formada keçirilən komitənin “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” aksiyası da davam etməkdədir. Kampaniya daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətləri səyyar formada həyata keçirir. Bu aksiya hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə reallaşır. “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı 24-28 sentyabr tarixlərində, saat 09:00-dan 17:00-dək Abşeron rayonu Görədil kəndi, İlqar Yusubov küçəsi, 3 (Görədil İcra Nümayəndəliyinin yanında) olacaq. Fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarını qeydiyyata almaq istəyən sakinlər mobil ofislərə yaxınlaşa bilərlər. İndiyədək bu kampaniya Abşeron rayonunun 10 qəsəbəsində keçirilib. Başlandığı dövrdən 750-yə yaxın vətəndaşın müraciəti qeydə alınıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum keçirilib-

Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum keçirilib- VİDEO+FOTOLAR

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb

Tanınmış telejurnalist Nərgiz Cəlilova ilə maraqlı görüş keçirilib-

Tanınmış telejurnalist Nərgiz Cəlilova ilə maraqlı görüş keçirilib- FOTOLAR

İcazəsiz ov edən 204 nəfərə cərimə tətbiq edilib

İcazəsiz ov edən 204 nəfərə cərimə tətbiq edilib

Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Bu yol çox böyük bir yolun davamıdır”-

“Bu yol çox böyük bir yolun davamıdır”- Aqil Acalov

Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı

Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı

Özəlləşdirmədə geniş seçim imkanı:

Özəlləşdirmədə geniş seçim imkanı: 73 dövlət əmlakı hərracda

Bu yolda hərəkət dəyişdi

Bu yolda hərəkət dəyişdi

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Villa sahibləri Badamdardan qaçır:

Villa sahibləri Badamdardan qaçır: Evləri gözətçilər qoruyur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur