İstirahət günlərinə gözlənilən hava proqnozu

Xəbərin çap versiyası
Tarix: 21-09-2018, 19:38    |    Xəbər oxunub: 539 dəfə
İstirahət günlərinə gözlənilən hava proqnozu


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahət edən insanlar üçün gözlənilən hava proqnozunu açıqlayıb.

Qurumdan AFN-ə verilən məlumatda bildirilir ki, Böyük və Kiçik Qafqazda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 23-28, dağlıq rayonlarda 14-18 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-29, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, sentyabrın 23-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək, arabir güclənəcək. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-nın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, sentyabrın 23-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, sentyabrın 22-si gündüz, 23-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-28 dərəcə isti təşkil edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda tədbirlər keçiriləcək

“Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda tədbirlər keçiriləcək

MTN çetesi “Koçak Gold”un 39 kiloqram qızılını necə yağmalayıb

MTN çetesi “Koçak Gold”un 39 kiloqram qızılını necə yağmalayıb

Kanadada marixuana qıtlığı:

Kanadada marixuana qıtlığı: vətəndaşlar qəzəbləndi

DTX-dan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

DTX-dan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

Ekspert:

Ekspert: “STAR-ın açılması Azərbaycan və Türkiyənin enerji siyasəti baxımından çox vacibdir"

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Rəşad Mahmudov seçicilərlə görüşüb

Rəşad Mahmudov seçicilərlə görüşüb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

“DOST” mərkəzləri əmək qanunvericiliyi sahəsində işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

“DOST” mərkəzləri əmək qanunvericiliyi sahəsində işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

“Enterpriseazerbaijan.com” portalında İnnovativ startaplar mövzusunda təlim keçiriləcək

“Enterpriseazerbaijan.com” portalında İnnovativ startaplar mövzusunda təlim keçiriləcək

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur