Azərbaycan MAQATE İdarə Heyəti Şurasının üzvü seçilib


Azərbaycan MAQATE İdarə Heyəti Şurasının üzvü seçilib


Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) İdarə Heyəti Şurasının (İHŞ) üzvü seçilib.

Bu barədə TASS-a Agentlikdən İHŞ-in birgünlük iclasının yekunları üzrə deyiblər.

" MAQATE-nin İdarə Heyəti Şurasına 2018-2020-ci illər üçün 35 üzv ölkədən 11 yeni seçilib. Onlar Azərbaycan, Braziliya, Ekvador, Misir, İtaliya, Mərakeş, Niger, İsveç, Pakistan, Tailand və Uruqvaydır", - deyə Agentliyin məlumatında bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu