"Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi" "Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili" layihəsi çərçivəsində sonuncu tədbirini keçirəcək

Xəbərin çap versiyası
Tarix: 10-10-2018, 13:46    |    Xəbər oxunub: 528 dəfə
"Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi" "Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili" layihəsi çərçivəsində sonuncu tədbirini keçirəcək


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Maliyyə Dəstəyi ilə "Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi"nin "Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili" layihəsi çərçivəsində sonuncu beşinci tədbiri 16 oktyabr 2018 -ci il saat 14:00 da Ramana qəsəbəsində yerləşən Saglamliq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya mərkəzində gerçəkləşəcək.



Bu dəfəki tədbir Azərbaycanın Milli Qəhrəmanı Sahil Ələmdar oğlu Məmmədova həsr edilib. Qeyd edim ki, Sahil Məmmədov sağlığında Milli Qəhrəman adına layiq görülüb. Sahil Məmmədov 1964-cü il fevralın 5-də Qərbi Azərbaycanın Uluxanlı rayonunun Yuxarı Necili kəndində anadan olub. 6 yaşındaikən əmisi ilə Bakıya gəlmiş, Bakıxanov qəsəbəsində 96 saylı məktəbdə təhsil almışdır. 1983-cü il SSRİ DİN-nin Ali Siyasi məktəbinə daxil olur. 1987-ci ildən Ukraynada xidmətə başlayır. 1988-ci ildə ermənilər azərbaycanlıları Qərbi Azərbaycandan deportasiya etdikləri vaxt o, məzuniyyətlə vətənə dönür, ailəsini Bakı şəhərinə yerləşdirib yenidən Ukraynaya qayıdır. Qarabağ savaşında iştirak etmək üçün bir neçə dəfə tərxis edilməsi haqqında müraciətlər etsə də cavabsız qalır. Nəhayət 1992-ci il Vətənə qayıdır və Hərbi polis alayında rota komandiri kimi xidmətə başlayır. Zəngilan rayonunun Qazançı, Ağkənd, Dərəli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşür. Döyüşlərin birində yanında mərmi partlayır və sağ qolundan, sol ayağından ağır yaralanır. 1994-cü ildən S.Məmmədov DİN-nin Pasport, Viza və qeydiyyat idarəsində baş inspektor olaraq çalışır. 1992-ci il oktyabrın 8-də Milli Qəhrəman adı verilmişdir.

Tədbirdə Sahil Məmmədovun həyat yolunu əks etdirən sənədli film nümayiş etdiriləcək. Sahil Məmmədovun döyüş yoldaşları, keçmiş döyüşçülər də tədbirə qatılacaqlar. Sahil Məmmədova həsr edilmiş şeirlər səsləndiriləcək.

Arabaçı əlillər şəbəkəsi ictimai birliyinin sədri:
Qarabag Qazisi İlham Məhərrəmov
Tel: (50)313 06 59
e-mail: arabacitv@gmail.com:

"Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi" "Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili" layihəsi çərçivəsində sonuncu tədbirini keçirəcək

"Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi" "Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili" layihəsi çərçivəsində sonuncu tədbirini keçirəcək

"Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi" "Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili" layihəsi çərçivəsində sonuncu tədbirini keçirəcək





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Gəmiçiliyin 160 illik yubileyi ilə əlaqədar markalı kitab nəşr olunub-

Gəmiçiliyin 160 illik yubileyi ilə əlaqədar markalı kitab nəşr olunub- FOTOLAR

Tərtərdə ilin doqquz ayında 24 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb

Tərtərdə ilin doqquz ayında 24 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb

Vidadi Zeynalov və dostları niyə həbsdən buraxılmadı-

Vidadi Zeynalov və dostları niyə həbsdən buraxılmadı- Sensasiyalı səbəb

Nazirlər Kabinetindən Aİ 92 markalı benzinlə bağlı mühüm qərar

Nazirlər Kabinetindən Aİ 92 markalı benzinlə bağlı mühüm qərar

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi:

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi: həbslər başladı

Bakıda universitetdə qəribə qadağa-

Bakıda universitetdə qəribə qadağa- FOTOFAKT

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

Sarov kəndində səyyar qəbul keçirilib

Sarov kəndində səyyar qəbul keçirilib

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb-

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb- Audit hesabatı

Məktəbdə pambıq tarlası salınıb-

Məktəbdə pambıq tarlası salınıb- FOTOLAR

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur