Zaur Mirzə-zadə: “Ölkənin iqtisadi artımı qeyri-neft sektorunun hesabına formalaşıb”

Xəbərin çap versiyası
Tarix: 10-10-2018, 10:06    |    Xəbər oxunub: 517 dəfə
Zaur Mirzə-zadə:


Nazirlər Kabinetinin ­2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyevin giriş və yekun nitqlərindən, eləcə də digər çıxışlardan görünür ki, respublikamız bütün göstəricilərdə artım tempini qoruyub saxlaya bilib.



Zaur Mirzə-zadə bilidrib ki,eyni zamanda, bu müddətdə ən müsbət məqamlarından biri ondan ibarətdir ki, iqtisadiyyatdakı artım qeyri-neft sektorunun hesabına formalaşıb. Bu isə ondan xəbər verir ki, qeyri-neft sektorundakı artım iqtisadiyyatdakı ümumi artımdan daha çoxdur. Qeyri-neft sektorundakı artımın genişləndirilməsi nəticə etibarı ilə neftdən asılılığın aradan qaldırılması baxımından çox vacibdir. İqtisadi diversifikasiyanın əsas səbəblərindən biri də inkişafın qeyri-neft sektoru hesabına formalaşmasıdır ki, bu da 2018-ci ilin doqquz ayında müşahidə edilib.
İclasda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarının uğurlu olduğunu, ilin əvvəlindən qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyini deyən Prezident İlham Əliyev bu müddətdə ölkədə dinamik inkişafın təmin edildiyini vurğuladı. Bildirdi ki, respublikada sabitlik qorunur, möhkəmlənir və bunun təməlində xalq tərəfindən dəstəklənən siyasət dayanır. ­Hesabat dövründə ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndiyini, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını, qonşularla, həmçinin İslam ölkələri ilə əlaqələrin genişləndiyini deyən cənab İlham Əliyev Xəzər dənizinin iqtisadi statusuna dair Konvensiyanın əhəmiyyətini vurğuladı. Bu sənəddə Azərbaycanın milli maraqlarının tam təsbit olunduğunu diqqətə çatdırdı.
Avropa İttifaqı ilə Azərbaycan arsında tərəfdaşlıq prioritetləri sənədində və NATO-nun Zirvə görüşünün sonunda qəbul edilən Bəyannamədə ölkəmizin ərazi bütövlüyünə dəstəyin ifadə olunduğunu deyən dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində respublikamızın mövqeyinin daha da gücləndiyini vurğuladı. Münaqişə ilə bağlı Azərbaycanın bundan sonra da prinsipial mövqedə qalacağını diqqətə çatdırdı.
Nazirlər Kabinetinin iclasında Azərbaycanın doqquz ay ərzində əldə edilən iqtisadi uğurları barədə də ətraflı danışıldı. Bu dövrdə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsi nəticəsində respublikamızın nəqliyyat-logistika qovşağına çevrildiyi, belə şaxələndirilmiş infrastrukturun ixracyönümlü və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafını daha da sürətləndirdiyi, Azərbaycanın yeni “Azerspace-2” peykinin orbitə buraxıldığı, bunun dövlətimizin növbəti uğuru, respublikamızın həyatında unudulmaz tarixi hadisə kimi qeyd edildiyi, TANAP və TAP-ın uğurlu layihələr kimi respublikamızın siyasi, sosial-iqtisadi həyatında önəmli rol oynadığı xüsusi vurğulandı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi:

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi: həbslər başladı

Bakıda universitetdə qəribə qadağa-

Bakıda universitetdə qəribə qadağa- FOTOFAKT

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

Sarov kəndində səyyar qəbul keçirilib

Sarov kəndində səyyar qəbul keçirilib

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb-

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb- Audit hesabatı

Məktəbdə pambıq tarlası salınıb-

Məktəbdə pambıq tarlası salınıb- FOTOLAR

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Qaşıqçını buna görə öldürdülər:

Qaşıqçını buna görə öldürdülər: İsrailin ifşa etdiyi planın detalları

Hökumət yaşayış minimumunun məbləğini artırır

Hökumət yaşayış minimumunun məbləğini artırır

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib-

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib- FOTOLAR

Rövnəq Abdullayev:

Rövnəq Abdullayev: “Həyata keçirilmiş sərmayələr SOCAR-ı Türkiyənin ən böyük xarici investoruna çevirib”

Respublika Klinik Xəstəxanasında həkim səhlənkarlığı daha bir can aldı

Respublika Klinik Xəstəxanasında həkim səhlənkarlığı daha bir can aldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur