DƏMX Bakı və Sumqayıt şəhərlərində işəgötürənlərin iştirakı ilə seminar keçirib

Xəbərin çap versiyası
Tarix: 11-10-2018, 15:09    |    Xəbər oxunub: 512 dəfə
DƏMX Bakı və Sumqayıt şəhərlərində işəgötürənlərin iştirakı ilə seminar keçirib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı və Sumqayıt şəhərlərində işəgötürənlərin iştirakı ilə “Kollektiv müqavilə və sazişin bağlanmasının ümumi qaydaları”, “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması”, “Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları”, “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları” və “Xidmət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında seminar keçirib.

Nazirliyin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, tədbirdə Bakı şəhəri üzrə Nizami, Yasamal, Qaradağ rayonlarının və Xızı rayonundan olan işəgötürənlər iştirak edib.

Seminarda əmək münasibətlərinin qanunvericiliklə və əmək müqaviləsi bağlamaqla tənzimlənməsinin hüquqi əsasları diqqətə çatdırıb. Əmək müqaviləsinin bağlanması, onun şərtlərinin dəyişdirilməsi, eləcə də əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydalarından bəhs olunub. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulmasının işçilərin əmək və sosial müdafiə hüquqlarına əsaslı təminat yaratdığı, müqavilə olmadan həyata keçirilən əmək münasibətlərinin isə işçinin gələcək sosial təminatına heç bir əsas, imkan yaratmayan qeyri-rəsmi məşğulluq halı olduğu vurğulanıb. Kollektiv müqavilənin hazırlanması və bağlanmasının qaydaları, onun məzmunu və qüvvədə olma müddəti, həmin müqaviləyə əlavə və dəyişikliklər edilməsi, yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı müvafiq qayda və prinsiplər diqqətə çatdırılıb. Kollektiv saziş onun hazırlanması və baglanması qaydaları və s. barədə məlumat verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum keçirilib-

Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum keçirilib- VİDEO+FOTOLAR

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb

Tanınmış telejurnalist Nərgiz Cəlilova ilə maraqlı görüş keçirilib-

Tanınmış telejurnalist Nərgiz Cəlilova ilə maraqlı görüş keçirilib- FOTOLAR

İcazəsiz ov edən 204 nəfərə cərimə tətbiq edilib

İcazəsiz ov edən 204 nəfərə cərimə tətbiq edilib

Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Bu yol çox böyük bir yolun davamıdır”-

“Bu yol çox böyük bir yolun davamıdır”- Aqil Acalov

Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı

Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı

Özəlləşdirmədə geniş seçim imkanı:

Özəlləşdirmədə geniş seçim imkanı: 73 dövlət əmlakı hərracda

Bu yolda hərəkət dəyişdi

Bu yolda hərəkət dəyişdi

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Villa sahibləri Badamdardan qaçır:

Villa sahibləri Badamdardan qaçır: Evləri gözətçilər qoruyur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur