“Kütləvi çıxarış” kampaniyası eyni gündə 3 kəndi əhatə edib

Xəbərin çap versiyası
Tarix: 12-10-2018, 13:02    |    Xəbər oxunub: 528 dəfə
“Kütləvi çıxarış” kampaniyası eyni gündə 3 kəndi əhatə edib


“Kütləvi çıxarış” kampaniyası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi fərqliliyə imza atıb.

Komitənin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, bu dəfə kampaniya eyni vaxtda bir neçə coğrafi məkanı əhatə edib. Belə ki, sakinlərə daşınmaz əmlakın qeydiyyat xidmətlərini təklif edən “Kütləvi çıxarış” kampaniyası 12 oktyabrda Şəkinin Birinci və İkinci Biləcik, eləcə də Baqqal kəndində keçirilib. Kampaniya çərçivəsində mobil ofislərə 100-ə yaxın müraciət daxil olub. Birbaşa yaşadıqları yerlərdə 50 vətəndaşa daşınmaz əmlaka dair çıxarışlar təqdim edilib. Qeyd edək ki, verilən çıxarışlardan 22-si pay torpaqlarına, 17-si fərdi yaşayış evlərinə, 11-i həyətyanı torpaqlara aiddir. Bunlardan da 18-i Birinci Biləcik kəndinin, 17-si ikinci Biləcik kəndinin, 15-i isə Baqqal kəndinin payına düşür.

Şəki rayonu üzrə keçirilən sosial aksiya zamanı çıxarışların verilməsi ilə bərabər, daşınmaz əmlakla bağlı hüquqi xidmətlər də göstərilib. Komitənin ünvanlar üzrə mobil ofislərinə hüquqi yardım üçün 50-yə yaxın vətəndaş müraciət edib. Mütəxəssislər tərəfindən sakinlərə qanunvericiliyə uyğun olaraq hüquqi məsləhətlər verilib və sualları cavablandırılıb. Çıxarış almaq istəyən vətəndaşlara isə qeydiyyat prosedurları izah olunub və onlardan hüquqmüəyyənedici sənədlər toplanıb. Eləcə də, komitə əməkdaşları müasir avadanlıqlar vasitəsilə qeydiyyata alınacaq əmlakların müayinəsini, çöl-ölçmə işlərini, texniki plan-ölçülərini dəqiqləşdirib.

Qeyd olunmalıdır ki, sadələşdirilmiş xidmətləri təklif edən sosial aksiyalar birbaşa olaraq vaxtın və əlavə xərclərin qənaətinə yönəlib. Bundan başqa əmək, məişət fəaliyyətindən uzaqlaşa bilməyən məşğul və fiziki məhdudiyyətli əhali təbəqəsi üçün də uyğun imkanlar yaradılır. “Kütləvi çıxarış” kampaniyası səyyar formada cəbhə bölgələrində, çoxmərtəbəli yaşayış binalarında, iş yerlərində, təsərrüfat sahələrində ardıcıl olaraq keçirilir. Məqsəd sakinlərin mülkiyyət hüquqlarını rahatlıqla həyata keçirməsinə şərait yaratmaq, eləcə də bütün ölkə üzrə hüquqi əmlakların sayını artırmaqdır.

Xidmətlərin əhaliyə geniş formada çatdırılması, qeydiyyat proseslərinin daha sürətli təmin olunması Əmlak Məsələləri Dövlət Komitəsinin daim diqqət mərkəzindədir. Sosial əhəmiyyətli kampaniyaların müxtəlif bölgələr üzrə keçirilməsi də vətəndaş amilinə əsaslanır. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial aksiya da məhz bu amala xidmət edir. İndiyədək Abşeron rayonun 13 kəndində keçirilən kampaniya zamanı 850-dən çox vətəndaş müraciəti qeydə alınıb. Sosial aksiyanın gələn həftəki ünvanı Xırdalan şəhəri olacaq. Sakinlər 15-19 oktyabr tarixlərində, saat 09:00-dan 17:00-dək Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsindəki (heykəlin yanı, 4 saylı orta məktəbin qarşısı) mobil ofislərə yaxınlaşa bilər.

“Kütləvi çıxarış” kampaniyası eyni gündə 3 kəndi əhatə edib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi:

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi: həbslər başladı

Bakıda universitetdə qəribə qadağa-

Bakıda universitetdə qəribə qadağa- FOTOFAKT

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

Sarov kəndində səyyar qəbul keçirilib

Sarov kəndində səyyar qəbul keçirilib

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb-

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb- Audit hesabatı

Məktəbdə pambıq tarlası salınıb-

Məktəbdə pambıq tarlası salınıb- FOTOLAR

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Qaşıqçını buna görə öldürdülər:

Qaşıqçını buna görə öldürdülər: İsrailin ifşa etdiyi planın detalları

Hökumət yaşayış minimumunun məbləğini artırır

Hökumət yaşayış minimumunun məbləğini artırır

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib-

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib- FOTOLAR

Rövnəq Abdullayev:

Rövnəq Abdullayev: “Həyata keçirilmiş sərmayələr SOCAR-ı Türkiyənin ən böyük xarici investoruna çevirib”

Respublika Klinik Xəstəxanasında həkim səhlənkarlığı daha bir can aldı

Respublika Klinik Xəstəxanasında həkim səhlənkarlığı daha bir can aldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur