Sürüşmə ilə bağlı qərargah yaradılıb


Sürüşmə ilə bağlı qərargah yaradılıb


Badamdar 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədilə ETSN tərəfindən Qərərgah yaradılıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, qərargah üzvləri zəruri məlumatların aidiyyəti dövlət orqanlarına ötürülməsini təmin edəcək və vətəndaşların sürüşmə hadisəsi ilə bağlı müraciətlərinə, narahatlıq yaradan sorğularına cavab verəcək.

Mətbuat nümayəndələri isə hadisə ilə əlaqədar son məlumatları almaq üçün birbaşa ETSN-nin mətbuat katibi İradə İbrahimovaya müraciət etsinlər.

Qərargahın və Qərargah üzvlərinin telefon nömrələri:

* Qərargah (012) 502 88 11

* Şahmirzə Səfərov (050) 369 98 26

* Əziz Qaralov (050) 368 41 48

* Sadiq Əmiraslanov (055) 455 37 53

* Yaqub Şəkərəliyev (070) 558 50 15

* Teymuraz Ələkbərov (055) 607 80 40

* Kamran Nəsibov (055) 890 23 38

* Elnur Kərimov (077) 474 40 57

* Qoşqar Qurbanov (055) 586 38 36



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu