Özəlləşdirmədə geniş seçim imkanı: 73 dövlət əmlakı hərracda

Xəbərin çap versiyası
Tarix: 15-10-2018, 15:09    |    Xəbər oxunub: 535 dəfə
Özəlləşdirmədə geniş seçim imkanı:


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri də 13 noyabr tarixində reallaşacaq.

Komitənin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, bu dəfə prosesə ümumilikdə 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 10-u nəqliyyat vasitəsi, 3-ü isə yarimçıq tikilidir.

Bu dəfə hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 29,7 kv.m ilə 9297,4 kv.m aralığındadır. Biznesini təmir-tikinti sahəsi üzrə qurmaq istəyənlər üçün Lənkəran Mexaniki Təmir Zavodu uğurlu seçim ola bilər. Geniş torpaq ərazisi ilə birgə özəlləşməyə çıxarılan bu dövlət əmlakının ümumi faydalı sahəsi 3954,1 kv.m-dir. 10 saylı təsərrüfatlararası təmir səyyar mexaniki dəstə isə Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşir. Bu dövlət əmlakının isə ümumi faydalı sahəsi 1009,9 kv.m-dir.

Özəlləşdiriləcək qeyri-yaşayış sahələrinin 10-u paytaxtda, digərləri isə Gəncə, Samux və Sabirabadda yerləşir. Hər bir investorun büdcəsinə uyğun ola biləcək qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 10 kv.m-dən 190,1 kv.m-ə qədərdir. Xidmət obyekti kimi istifadəyə imkan verən bu dövlət əmlakları qiymət baxımından da müxtəlifdir. Bakı şəhəri üzrə hərraca çıxarılan qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, Z.Əliyeva küçəsində yerləşir. Bu obyektin ümumi faydalı sahəsi 14.7 kv.m-dir.

Hərraca müxtəlif rayonlardakı səhmdar cəmiyyətlərinin 30-45%-lik səhm paketləri də çıxarılıb. Şirkətlər nəqliyyat, təmir-tikinti, sənaye və digər sahələr üzrə fəaliyyət göstərir. Bunlara misal olaraq Şamaxı Dəmir Beton, Kürdəmir Kəndkimya Təchizat, Sabirabad İnşaat Sənaye kimi dövlət əmlaklarını göstərə bilərik.

Nəqliyyat vasitələrinə gəldikdə isə özəlləşdiriləcək avtomobillərin buraxılış tarixləri 1992-2008 illəri əhatə edir. Qeyd edək ki, bu kateqoriyadan olan münasib qiymətli dövlət əmlakları Hyundai, Ford, Qaz və Vaz markalarına aiddir.

Özəlləşdiriləcək dövlət əmlaklarının tam siyahısı ilə tanış olmaq istəyənlər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Fransaya nota verdi

Azərbaycan Fransaya nota verdi

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri-

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri- SİYAHI

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu-

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu- Kürdəxanıda saxlanılır

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir-

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinin basqı+VİDEO

"Sona Vəliyeva istefa ərizəsilə cənab Prezidentə müraciət etmişdi"- Nuşirəvan Məhərrəmlidən AÇIQLAMA

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''-

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''- ŞİKAYƏT+VİDEO

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycanda Milli Dirçəliş Günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur