Tərtərin daha 4 kəndinə təbii qaz verilib

Xəbərin çap versiyası
Tarix: 16-10-2018, 15:53    |    Xəbər oxunub: 538 dəfə
Tərtərin daha 4 kəndinə təbii qaz verilib


Tərtərin daha 4 kəndinə-Alışarlı, Aşağı Qapanlı, Hacallı və Soyulan kəndlərinə yeni çəkilmiş qaz xətləri istismara verilib.

Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Qeyd olunub ki, 296 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 17 min 984 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Açılışda iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik edib. Son illər ölkənin hər yerində təbii qaz təhcizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Bildirib ki, təbii qaz almayan yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması insanların məişət şəraitinin yaxşılaşmasına xidmət edir.

Tərtərin daha 4 kəndinə təbii qaz verilib


Rayon rəhbəri rayonda gedən sosial-iqtisadi inkişafdan, həyata keçirilən layihələrdən də danışaraq, qeyd edib ki, Tərtər rayonunun 51 yaşayış məntəqəsindən artıq 47-si təbii qazla təmin olunub. Rəcəbli, Kövdadıq, Bildirçinli və Umudlu kəndlərində də qaz çəkilişi işləri başa çatıb. Yaxın günlərdə həmin kəndlərə də mavi yanacaq veriləcək. Bununla da Tərtər rayonunun qazlaşması 100 faiz olacaqdır.

Tədbirdə Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Azər Musayev çıxış edərək kənd sakinlərini əlamətdar gün münasibətilə təbrik edib, həyata keçirilən layihələrdən, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Kənd sakinlərindən Əşrəf Sadıqov, Əsginaz Məmmədova, Zəfər Nəsirov regionların sosial-iqtisadi inkişafına, əhalinin sosial problemlərinin həllinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışaraq, kəndlərinin təbii qazla təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda M.Məmmədov bir daha sakinləri kəndə qazın verilməsi münasibəti ilə təbrik edərək, kənd ağsaqqalları və qonaqların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırıb və sonra Soyulan kənd sakini Zəfər Nəsirovun, Hacallı kənd sakini Mayıl Ələkbərovun, Alışarlı kənd sakini Elçin İsayevin və Aşağı Qapanlı kənd sakini Araz Hüseynovun fərdi yaşayış evində təbii qazın yandırılmasında iştirak edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Fransaya nota verdi

Azərbaycan Fransaya nota verdi

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri-

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri- SİYAHI

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu-

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu- Kürdəxanıda saxlanılır

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir-

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinin basqı+VİDEO

"Sona Vəliyeva istefa ərizəsilə cənab Prezidentə müraciət etmişdi"- Nuşirəvan Məhərrəmlidən AÇIQLAMA

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''-

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''- ŞİKAYƏT+VİDEO

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycanda Milli Dirçəliş Günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur