Qobustan Milli Tarixi-Bədii Qoruğunda Müstəqillik Günü qeyd olunub

Xəbərin çap versiyası
Tarix: 18-10-2018, 19:53    |    Xəbər oxunub: 548 dəfə
Qobustan Milli Tarixi-Bədii Qoruğunda Müstəqillik Günü qeyd olunub


Oktyabrın 18-də Qobustan Milli Tarixi-Bədii Qoruğunda 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.

AFN xəbər verir ki, Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxış edərək 1991-ci il oktyabrın 18-də Ali Sovetin “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməsi ilə Azərbaycan xalqının müstəqillik arzusunun həyata keçdiyini deyib. Müstəqilliyin ilk illərində Azərbaycanın xeyli çətinliklərlə üzləşdiyini diqqətə çatdıran Vüqar İsayev bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev özünün zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı nəticəsində Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Ümummilli liderin yorulmaz səyləri nəticəsində qısa müddətdə cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginlik aradan qaldırıldı, dövlət quruculuğu işlərinə başlandı. Məhz həmin işlər Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.
Vurğuladı ki, ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə olunub. Digər sahələrdə olduğu kimi ölkəmizin mədəni irsinin qorunması sahəsinə də dövlət tərəfindən xüsusi diqqətlə yanaşılır. Tarixi abidələrin qorunması, təbliği və bərpası istiqamətində mühüm işlər görülür. Ölkəmiz Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında bu gün UNESCO kimi mötəbər qurumda uğurla fəaliyyət göstərir. Məhz bunun nəticəsidir ki, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Azərbaycan ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınmasına xidmət edir.

Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova çıxış edərək müstəqillik günün əhəmiyyətindən danışıb. 27 il əvvəl qəbul edilən müstəqillik haqqında Konstitusiya Aktı tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutduğunu vurğulayıb. Bildirdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən milli dövlətçilik, azərbaycançılıq ideologiyasının formalaşdırılması siyasətinin nəticəsi olaraq qısa dövrdə dövlətimizin hüquqi-sosial bazası yaranıb, müstəqilliyi möhkəmlənib, dünya birliyinə inteqrasiyası istiqamətində ciddi addımlar atılıb. Eyni zamanda ölkəmizin mədəni irsinin qorunması və təbliği də daim diqqət də saxlanılır.
Könül Cəfərova vurğulayıb ki, bu gün demək olar ki, Azərbaycana gələn hər bir qonaq, hər bir turist Qobustanı ziyarət etməklə Azərbaycan və azərbaycanlılar haqqında fikir formalaşdırır.
Daha sonra ölkəmizin müstəqillik yoluna həsr olunmuş videoçarx nümayiş edilib.
Sonda qoruq ərazisinə ekskursiya təşkil olunub.

Qobustan Milli Tarixi-Bədii Qoruğunda Müstəqillik Günü qeyd olunub

Qobustan Milli Tarixi-Bədii Qoruğunda Müstəqillik Günü qeyd olunub

Qobustan Milli Tarixi-Bədii Qoruğunda Müstəqillik Günü qeyd olunub





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Fransaya nota verdi

Azərbaycan Fransaya nota verdi

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri-

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri- SİYAHI

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu-

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu- Kürdəxanıda saxlanılır

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir-

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinin basqı+VİDEO

"Sona Vəliyeva istefa ərizəsilə cənab Prezidentə müraciət etmişdi"- Nuşirəvan Məhərrəmlidən AÇIQLAMA

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''-

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''- ŞİKAYƏT+VİDEO

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycanda Milli Dirçəliş Günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur