Qənirə Paşayeva türkiyəli fəallarla görüşüb

Xəbərin çap versiyası
Tarix: 19-10-2018, 17:26    |    Xəbər oxunub: 530 dəfə
Qənirə Paşayeva türkiyəli fəallarla görüşüb


Millət vəkili Qənirə Paşayeva Azərbaycanda səfərdə olan qardaş Türkiyədən gəlmiş Körpübaşı bələdiyyəsi rəsmiləri, şəhid ailələri cəmiyyəti, Demokrat Qəzetəçilər və Yazarlar Dərnəyi, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının, QHT nümayəndələri ilə görüşüb.

“Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovanın və "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" ictimai birliyinin sədri Zaur Qəriboğlunun iştirakı ilə keçən görüşdə qonaqları salamlayan millət vəkili Qənirə Paşayeva Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü, Azərbaycan Ordusunun 100 illiyi və Nuru Paşanın rəhbərliyi altında Türk-Qafqaz İslam Ordusunun Bakını işğaldan azad edilməsinin 100-cü ildönümünün keçirildiyi bir dönəmdə Azərbaycanda görməkdən çox şad olduğunu deyən millət vəkili Q.Paşayeva bu 3 mühüm və tarixi hadisələr barədə geniş məlumat verib. Qənirə Paşayeva Türk dünyasının hər yerində şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq deyərək bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Millət vəkili Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb və bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını da buna çağırıb. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Q. Paşayev görüş zamanı Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva daha fəal olmalıyıq deyib. Azərbaycana səfər etməkdən məmnuniyyət duyduğunu deyən qardaş Türkiyənin şəhid ailələri, yazarlar, şairlər, aydınları "bir millət iki dövlət" düşüncəsi ilə hər zaman Azərbaycanın yanındayıq deyiblər.
Millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu"İB və “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyi tərəfindən qonaqlara Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı materiallar hədiyyə edib.

Qənirə Paşayeva türkiyəli fəallarla görüşüb

Qənirə Paşayeva türkiyəli fəallarla görüşüb

Qənirə Paşayeva türkiyəli fəallarla görüşüb

Qənirə Paşayeva türkiyəli fəallarla görüşüb

Qənirə Paşayeva türkiyəli fəallarla görüşüb





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Fransaya nota verdi

Azərbaycan Fransaya nota verdi

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri-

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri- SİYAHI

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu-

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu- Kürdəxanıda saxlanılır

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir-

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinin basqı+VİDEO

"Sona Vəliyeva istefa ərizəsilə cənab Prezidentə müraciət etmişdi"- Nuşirəvan Məhərrəmlidən AÇIQLAMA

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''-

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''- ŞİKAYƏT+VİDEO

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycanda Milli Dirçəliş Günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur