Bakıda ikinci çay festivalı keçirilib


Bakıda ikinci çay festivalı keçirilib


Bu gün Beynəlxalq Kulinariya Günü münasibəti ilə Bakıda “Sheraton Baku Airport Hotel”də ikinci çay festifalı keçirilib.



AFN xəbər verir ki, festivalda Hindistan, Çin, Yaponiya, Özbəkistan, Türkiyə və Rusiya şirkətlərinin çay məhsulları sərgilənib. Festivalda Azərbaycanda fəaliyət göstərən diplomatik nümayəndəliklər tərəfindən hər ölkənin ənənələrinə uyğun çay süfrəsi nümayiş olunub.Tədbirdə iştirak edən qonaqlara Azərbaycan istehsalı olan zəfəranlı çay təqdim olunub. ASK-nın Dövlət orqanları, sahibkarlar və nümayəndəliklərlə iş şöbəsinin baş mütəxəssisi Fərhad Odmanov tədbirdə çıxış edərək Azərbaycan Milli Kulinariya Assosiasiyasın gələcək işlərində uğurlar arzu edib. Tədbirdə hmçinin ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının nümayəndələri, diplomatik nümayəndəliklər iştirak ediblər.

Bakıda ikinci çay festivalı keçirilib

Bakıda ikinci çay festivalı keçirilib

Bakıda ikinci çay festivalı keçirilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu