“Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda tədbirlər keçiriləcək

Xəbərin çap versiyası
Tarix: 22-10-2018, 14:43    |    Xəbər oxunub: 536 dəfə
“Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda tədbirlər keçiriləcək


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin noyabr-dekabr ayları ərzində respublikamızın 69 şəhər və rayonunun orta ümumtəhsil məktəblərində “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda tədbirlərin təşkil edilməsi planlaşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, əmək bazarında rəqabətə davamlı yüksək ixtisaslı kadrlara yaranan və daim artan tələbatı ödəmək məqsədilə orta məktəbdən başlayaraq gənclərin yaradıcı əməyə hazırlanması, onlar arasında peşə və ixtisaslara meyllərin əmək bazarının tələblərinə uyğun formalaşdırılması xüsusi önəm kəsb edir. Peşəkar psixoloq və peşəyönümü mütəxəssislərinin iştirakı ilə “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda təşkil olunacaq tədbirlər də bu məqsədə yönəlib.

Peşəyönümü işinin təkmilləşdirilməsi, bu sahədə rayon (şəhər) Məşğulluq Mərkəzlərinin potensialının gücləndirilməsi, müvafiq sahədə çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması işləri də davam etdirilir. Bu məqsədlə son günlərdə Göyçay Regional Peşə Tədris Mərkəzində rayon (şəhər) Məşğulluq Mərkəzlərinin əməkdaşları üçün ekspert və psixoloqların iştirak etdiyi 6 günlük təlimlərə başlanılıb. Təlimlər digər bölgələrdə də davam edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Fransaya nota verdi

Azərbaycan Fransaya nota verdi

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri-

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri- SİYAHI

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu-

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu- Kürdəxanıda saxlanılır

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir-

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinin basqı+VİDEO

"Sona Vəliyeva istefa ərizəsilə cənab Prezidentə müraciət etmişdi"- Nuşirəvan Məhərrəmlidən AÇIQLAMA

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''-

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''- ŞİKAYƏT+VİDEO

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycanda Milli Dirçəliş Günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur