Səyyar göz klinikası bu dəfə Saatlı və Sabirabad rayonlarında


Səyyar göz klinikası bu dəfə Saatlı və Sabirabad rayonlarında


2-3 noyabr 2018-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası növbəti aksiyasını Saatlı və Sabirabad rayonlarında keçirəcək.

Mərkəzdən AFN-ə verilən məlumata görə, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Saatlı və Sabirabad rayon sakinlərinə tibbi xidmət göstərəcək. 2 günlük aksiyada məqsəd Saatlı və Sabirabad rayon sakinlərini operativ şəkildə müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, hətta cərrahi əməliyyat etməkdən ibarətdir. Lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır.

QEYD: Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. 2005-ci ildən Avtomobil Səyyar klinikası paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirib. Azərbaycan səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıb. Azərbaycanda oftalmologiya sahəsində çox yeniliklər əldə edilib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Mərkəzin pasientlərə regionlarda səyyar xidmət göstərməsi isə geniş yayılır. Bununla yanaşı 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

Vaxt və yer: 2-3 noyabr 2018-ci il, Saatlı və Sabirabad rayonları, saat: 09:00.

Əlaqə: mob: (+994) 514338116, (012) 5682890. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu